Niderland yüksək liqasında 25-ci turun matçları keçirilib.
Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Ozancan Kökçünün formasını geyindiyi "Volendam" doğma meydanda "Qroningen"lə üz-üzə gəlib.
Görüş "Volendam"ın 3:2 hesablı qalibiyyəti ilə başa çatıb. Yığmamızın yarımmüdafiəçisi 79 dəqiqə meydanda olub.
Qeyd edək ki, xal ehtiyatını 27-yə çatdıran "Volendam" turnir cədvəlində təhlükəli zonadan bir qədər uzaqlaşmaqla 14-cü pilləyə yüksəlib.
Bizim.Media

- A-
- A
- A+
İdman
15:06 / 02.03.2026
Millimizin üzvü oynadı, komandası qalib gəldi
Hazırda oxunan: Millimizin üzvü oynadı, komandası qalib gəldi
Hazırda oxunan: Millimizin üzvü oynadı, komandası qalib gəldi
599211
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































