"Mercedes" "KamAZ"la toqquşdu - ölən var

Hazırda oxunan: "Mercedes" "KamAZ"la toqquşdu - ölən var

88601
Siyəzən rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 31-də saat 02 radələrində Siyəzən rayonu ərazisində Quba şəhər sakini Ceyhun Məmmədovun idarə etdiyi "Mercedes" və Xaçmaz rayon sakini Şakir Əhmədovun idarə etdiyi "KamAZ" markalı avtomobillər toqquşub.

Nəticədə C.Məmmədovun sərnişinləri - həmyerliləri S.Minyaşova və N.Mehdiyeva xəstəxanaya yerləşdirilib. S.Minyaşova orada ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsi araşdırma aparır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin