İsmayıllıda uşaq bağçasının keçmiş müdiri özünü asıb

Hazırda oxunan: İsmayıllıda uşaq bağçasının keçmiş müdiri özünü asıb

45448

 Moderator.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Lahıc qəsəbəsində qeydə alınıb. Lahıc sakini, 1949-cu il təvəllüdlü Mövlanova Banu Əlövsət qızı bu gün səhər saatlarında yaşadığı evin həyətindəki meyvə ağacından özünü asaraq intihar edib. Yaxın illərədək Lahıc qəsəbəsindəki uşaq bağçasının müdiri vəzifəsində çalışan və 4 uşaq anası olan Banu Mövlanovanın özünə qəsd etməsinin səbəbi məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin