Cinayət işinin başlanılmasına səbəb ötən ilin aprel ayında Kəlbəcər sakini Fərqanə İbrahimovanın adı çəkilən rayonun Təhsil Şöbəsinin keçmiş müdiri Məhəmməd Bağırov haqqında verdiyi sensasion açıqlamalardır.
Xatırladaq ki, jurnalist Ərşad İbrahimova verdiyi video müsahibədə Fərqanə İbrahimova Təhsil Şöbəsinin müdirini ona iş, maşın, Bakı şəhərində ev verməsi müqabilində seks təklif etməsini bildirmişdi. Bundan sonra yeni təyin olunan Təhsil Naziri Mikayıl Cabbarov Kəlbəcər rayonu Təhsil Şöbəsində çoxsaylı qanunsuzluqları nəzərə alaraq Məhəmməd Şöbəsində baş vermiş korrupsiya halları ilə bağlı Baş Prokurorluqda cinayət işi qaldırılıb. Lakin Məhəməd Bağırov nəinki Təhsil Şöbəsinin müdiri işlədiyi dövrdə baş vermiş korrupsiya faktlarına görə cavab vermək niyyətində deyil, hətta onun haqqında tənqid yazan jurnalisti həbs etdirmək fikrindədir.
Məsələ ilə əlaqədar jurnalist Ərşad İbrahimov Daxili İşlər naziri Ramil Usubova və Baş prokuror Zakir Qaralova müraciət edib. Müraciətdə deyilir:
"Nəzərinizə çatdırıram ki, mənim barəmdə jurnalist fəaliyyətimə görə, qərəzli olaraq Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə cinayət işi başlayıb həbs etmək istəyirlər. Hal-hazırda üzümə qoymaq üçün yalançı şahidlər tapıblar. Həbs edilməm üçün 9 ay ərzində saxta sübutlar toplayıblar.Neçə aylardır ki, Gəncə şəhər BPİ-nin müstəntiqi Samir Rüstəmov barəmdə iş aparır. Məni şahid qismində dindirib. İfadə vermişəm, üzləşdirmə zamanı qərəzli olaraq üzümə tanımadığım şəxs Kəlbəcər Rayon Təhsil şöbəsinin anbardarı Elbrus Mehtiyevi və Göygöl rayon sakini tanımadığım Əliyev Süleyman adlı gənci qoyublar. Güya ki, mən 2013-cü il aprel ayının əvvəllərində, Kəlbəcər Təhsil Şöbəsinin İnzibati binasının qarşısında Elburus Mehdiyevə demişəm ki, get, Rayon Təhsil Şöbəsinin müdiri Məhəmməd Bağırova müəllimə bildir ki, əgər mənə 32 (otuz iki) min manat verməsə, onunla bağlı olan video materialı internetə yerləşdirəcəm. Halbuki, Elbrus Mehtiyev 19.08.2013-cü il tarixdə Gəncə şəhər BPİ-nə yazmış olduğu izahat ifadəsində bildirir ki, Ərşad İbrahimov işlədiyim təhsil şöbəsinin anbarından mətbuatda yazı vermişdi, onun üçün də aramızda narazılıq yaranmışdır. Ona görə də, Ərşad İbrahimov barəsində mən belə bir qərəzli ifadə vermişdim.Elburus Mehdiyev Gəncə Baş Polis İdarəsinin İstintaq İdarəsinə göndərmiş olduğu ərizədə verdiyi ifadənin qərəzli və əsassız olmasını xahiş etmişdir.Hətta Elburus Mehdiyev 06.01.2014-cü il tarixdə təkrarən yenidən Gəncə Baş Polis İdarəsinin İstintaq idarəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, Ərşad ibrahimov barəsində qərəzli ifadə verdiyimdən xahiş edirəm izahatımı əsassız hesab edəsiniz. Bildirirəm ki, indiyə kimi Gəncə şəhər polisi, Gəncə şəhər Prokurorluğunun nöqsanları barəsində çox saylı məqalələr yazmışam. Konkret sübutlara söykənən yazılarıma görə, DİN rəhbərliyi Gəncə polisində dəfələrlə araşdırma aparıb. Bir neçə polis əməkdaşı işdən azad edilib. Buna görə, Gəncə polisinin rəhbərliyi mənə qarşı kin-küdurət saxlayırlar, bütün vasitələrdən istifadə edib üzümə tanımadığım şəxsləri qoyduraraq saxta sübutlar toplayıb həbs etmək istəyirlər. Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə mənə ittiham irəli sürmək istəyirlər. Mən, Kəlbəcər rayon Təhsil Şöbəsinin müdirinin etdiyi korrupsiya əməllərini və saxta diplom alverini də mediada ifşa etmişəm. Təhsil Nazirliyi yzdığım araşdırma yazılarımdan sonra Məhəmməd Bağırovun külli miqdarda dövlət vəsaitini talan etdiyini üzə çıxarmışdır.Saxta sənədlərlə, vətəndaşları müəllim kimi işə götürülməsini araşdırmışam. Hal-hazırda həmin faktlar üzrə Kəlbəcər rayon prokurorluğunda, Təhsil şöbəsinin müdiri və direktorları barəsində CM-nin 308, 309 və 320-ci maddələrilə cinayət işi qaldırılaraq baxılması üçün Kəlbəcər rayon Məhkəməsinə göndərilmişdir.Bütün bunlara görə, vəzifəsindən azad olunan Məhəmməd Bağırov indi nəyin bahasına olursa-olsun məni həbs etdirmək istəyir. Bir neçə məktəb direktorunun yanında Məhəmməd Bağırov Gəncənin hüquq-mühafizə orqanlarına 50 min manat da olsa rüşvət verib məni həbs etdirəcəyini deyib. Bu barədə Kəlbəcərin bir neçə ziyalılarıda 23.01.2014-cü il tarixdə sabiq Təhsil Şöbəsinin müdiri Məhəmməd Bağırovun Gəncənin Baş
Prokuroruna 50 min manat verməsi barədə Gəncə Baş Polis İdarəsinin İstintaq İdarəsində ərizələri də var. Hətta bunu mənim özümə də bildirib ki, səni həbs etdirməsəm əl çəkəsi deyiləm. 15 aprel 2013-cü il tarixdə Göygöl rayonun Murovdağ qəsəbəsində yaşayan Ələkbərova Fərqanə Əhliman qızı Ərizə ilə Göygöl rayon polis şöbəsinə şikayət etmişdir. Ərizəsində bildirmişdir ki, məlum video müsahibəni hədə-qorxu,zor tətbiq etməklə və qısa müdətdə onun azadlıqını məhdudlaşdırmaqla alınıb.Faktla bağlı Gəncə Prokurorluğunda araşdırma aparılaraq 07 may 2013-cü il tarixdə müəyyən edilmişdir ki, Ələkbərova Fərqanə Əhliman qızına 2012-ci ilin yay ayında mənim tərəfimdən adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etməklə müsahibə alınması ölümlə hədələnməsi ,eləcə də Kəlbəcər Təhsil Şöbəsinin müdri Bağırov Məhəmməd Yusif oğluna hədə-qorxu ilə tələb etmə yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə,onların haqqında rüsvayedici material yayma və onların əmlakına tələf etmə hədəsi ilə özgənin əmlakının və ya əmlaka olan hüququnun və ya əmlak xarekteri daşıyan digər hərərkətlər etməsini tələb etmə faktı öz təsdiqini tapmadığından Cinayət İşinin Başlanmasının rədd edilməsi haqqqında qərar qəbul edilmişdir.Sual olunur? Əgər CM-nın 182.1-ci maddəsində göstərilən halları 07 may 2013-cü il tarixdə Gəncə şəhər Prokurorluğu tərəfindən araşdırılaraq hüquqi qiymət verilmişdisə nədən təkrarən bu bu fakta görə yenidən başqa motivdə cinayəti işi açılır? Məlum 07 may 2013-cü il tarixli rədd qərarında adı hallanmayan Göygöl rayon sakini Məhəmmd Bağırovun oğlunun yaxın dostu, Əliyev Süleyman nədən şahid qismində sonradan iitintaqa dəvət edilir? Buna görə də Gəncə şəhər Hüquq Mühafizə orqanları mənə qarşı qərəzlidir. Bütün vasitələrdən istifadə edib məni həbs etmək istəyirlər. Cənab nazir, Cənab baş prokuror xahiş edirəm mənim haqqımda başladılmış saxta cinayət işinin xitam olunması haqda sərəncam verəsiniz."
Moderator.az haqqında danışılan Kəlbəcər Təhsil Şöbəsinin keçmiş müdirinin sensasiya doğuracaq audio səs yazılarını əldə edib.
Birinci audio səs yazısında Məhəmməd Bağırov Gəncə Şəhər baş polis idarəsinin rəisi Faiq Şabanovla yaxın əlaqələrinin olduğunu bildirir. Özündənrazı keçmiş Təhsil Şöbə müdiri hətta təkəbbürlü şəkildə belə deyir: "Mənim adım gələndə Gəncənin Baş Polis idarəsinin rəisi Faiq Şabanov və yaxın qohum-əqrabası ayaq üstə durur."
İkinci audio səs yazısında isə Məhəmməd Bağırov etiraf edir ki, Ərşad İbrahimova cinayət işini o qaldırtdırıb və jurnalistə 14 il iş verdirəcək. Gəncə şəhər Baş Polis İdarəsinin müstəntiqi Samir Rüstəmovun icraatında apardığı işi Gəncə Baş Polis İdarəsindən alınıb ətraf rayonlardan birində aparılmasına qərar verəsiniz.
Üçüncü audioda isə Məhəməd Bağırov polisə olan təsirindən danışır: "Gəncə şəhər Kəpəz rayon polis bölməsinin sabiq rəisi polis polkkovnik leytenantı Rafael Ağakişiyevi mən işdən qovdurmuşam. Daşkəsənə “Detinspektor” göndəriblər.Orada da üzünə 3 arvad qoyudurub həbs etdirəcəm"


































































































