Moderator.az-ın əməkdaşı Milli Şuranın sədri, professor Cəmil Həsənliyə qurumun fəxri sədriylə bağlı bir sual ünvanlayıb və nəticədə jurnalistlə tarixçi alim arasında aşağıdakı qısa polemika yaşanıb:
-Cəmil müəllim, Rüstəm İbrahimbəyovla bağlı Sizdən bir suala cavab istərdim. Onunla vaxtaşırı zəngləşmək və ya məsləhətləşmək imkanı olurmu? Niyə o son dövrlər baş verənlərlə bağlı qəti mövqeyini qoymadı?
-Elə deyil, o qəti mövqeyini bildirib. Leyla xanımın müdafiə komitəsinin üzvüdür və onun haqqında ayrıca məqalə ilə çıxış edib. Görünür, Sizə rast gəlməyib.
-Onun Milli Şuranın sessiyasının harada keçirilməsiylə bağlı təklifləri varmı? Azərbaycana gəlib Sizinlə çiyin-çiyinə savaşmağı necə, nə vaxta planlaşdırır?
-Mən savaşmıram, normal və dinc, qanunların imkan verdiyi qaydada mübarizə aparıram. MŞ-nın yayda sessiyasını keçirməyi planlaşdırmırıq. Sabah saat 12-də Şamil əzizbəyov 203-də həbs olunanların müdafiə komitəsinin iclası var.”































































































