“Yaxın Şərq münaqişəsinin Cənubi Qafqaza yayılma ehtimalı var”

Hazırda oxunan: “Yaxın Şərq münaqişəsinin Cənubi Qafqaza yayılma ehtimalı var”

212859
ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Daniel Koats 2018-ci ildə Azərbaycan və Ermənistan arasındakı gərginliyin hərbi fazaya keçmə ehtimalının yüksək olduğunu bildirib. O, buna səbəb kimi hər iki ölkənin sürətlə silahlanmasını, problemin sülh yolu ilə həlli sahəsində irəliləyişin olmadığını göstərib.

Maraqlıdır, 2018-ci ildə Qarabağda yeni bir müharibənin alovlanması ehtimalı doğrudanmı yüksəkdir?

Moderator.az -a açıqlama verən AZDP sədri, politoloq Sülhəddin Əkbər Yaxın Şərq gərginliyinin Cənubi Qafqaza sirayət təhlükəsinin daha ciddi olduğunu vurğulayıb:

“Azərbaycan və Ermənistan SQ-nin təmas xəttində beynəlxalq sülhməramlı qüvvələr yoxdur. Bu o deməkdir ki, nəzəri baxımdan istənilən halda konfilikt yenidən hərbi fazaya daxil ola bilər. Onu da nəzərə alaq ki, torpaqlarımızı işğalından xeyli vaxt keçir və Azərbaycan tərəfi bu status-kvonun saxlanmasından usanıb. Azərbaycan öz hesabına, Ermənistan isə Kremlin hesabına Rusiyanın müasir silahlarını almaqda davam edirlər. Təmas xəttində də atəşkəs zaman-zaman pozulur.

xa0

Qeyd etdiyiniz açıqlamaya gəlincə, bu məsələ mənim yadıma bir nüansı salır. Avrasiya İqtisadi İttifaqı İnstitutunun direktorunun bir açıqlaması oldu. Həmin açıqlamada İlham Əliyevin prezident seçkilərini önə çəkməsinin bir səbəbi kimi Qərb xüsusi xidmət orqanlarının seçkilərlə bağlı xüsusi planının olduğunu bildirmişdi. Söyləmişdi ki, İ.Əliyev seçkiləri önə çəkməklə Qərbin planlarını qabaqlayıb.xa0
Bu konteksdən dəyərləndirsək, Yaxın Şərqdə Azərbaycanın strateji müttəfiqi qardaş Türkiyənin də cəlb olunduğu münaqişə genişlənir. Mən Suriyadakı münaqişəni nəzərdə tuturam. Rusiya, Türkiyə, İran, ABŞ və İsrailin cəlb edildiyi münaqişədən söhbət gedir. Bura kürd faktorunu da əlavə etsək, bu münaqişənin Cənubi Qafqaza yayılma ehtimalı var. Hesab edirəm ki, ən ciddi məsələ budur”.

Seymur Əliyev
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin