Dubayda raket hücumu nəticəsində azərbaycanlı yaralandı

Hazırda oxunan: Dubayda raket hücumu nəticəsində azərbaycanlı yaralandı

599206

Dubayda İranın BƏƏ-yə raket hücumu zamanı Azərbaycandan olan bir turist qəlpə yarası alıb. 

Bizim.Media xəbər verir ki, bu barədə minval.az-a ərəb ölkələrində yaşayan azərbaycanlıların Koordinasiya Şurasının BƏƏ üzrə koordinatoru Nurana Hüseynova məlumat verib.

O bildirib ki, diaspor nümayəndələri xəstəxanada gənc turist – Sərxan adlı şəxsi ziyarət ediblər. O, qol nahiyəsindən qəlpə yarası alıb. Hazırda həyatına təhlükə yoxdur. Həkimlərin sözlərinə görə, 2–3 gün ərzində xəstəxanadan buraxılacaq.

Hüseynovanın sözlərinə görə, zərbələrin demək olar ki, hamısı ABŞ-ın hərbi obyektlərinə yönəlib. Mülki əhali hədəf deyil.

Gərgin vəziyyətlə əlaqədar Dubayda Azərbaycana qayıda bilməyən azərbaycanlılar qalmaqdadır. Dubay hava limanları hələ də bağlıdır. Ölkədən çıxa bilməyən turistlər BƏƏ hökuməti tərəfindən hotellərdə yerləşdirilib. Ən azı Əbu-Dabidə turistlərə hotel və qidalanma pulsuz təmin olunur.
 

“Azərbaycanlıların təxliyəsi ilə bağlı hələlik hər hansı proqnoz vermək çətindir. Təbii ki, insanlar qorxu içindədir: hava hücumundan müdafiə sistemlərinin raketləri tutduğu səslər davamlı eşidilir. Lakin BƏƏ yüksək təhlükəsizlik səviyyəsinə malik ölkələrdən biridir. Vəziyyət kritik deyil, çünki hava hücumundan müdafiə sistemləri əksər hallarda raket və dronları uğurla zərərsizləşdirir”, – deyə diaspor nümayəndəsi bildirib.


Onun sözlərinə görə, hazırda nə azərbaycanlılar, nə də digər ölkələrin vətəndaşları Dubayı tərk edə bilirlər. Lakin insanlar təhlükəsiz zonalardadır. Təxliyənin yeganə mümkün yolu hava nəqliyyatıdır, lakin hava limanları hələ də bağlı qalır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin