İsrail Müdafiə Qüvvələri İranın Kəşfiyyat Nazirliyinin yüksək vəzifəli rəhbər şəxslərinin məhv edildiyini bəyan edib.
Bizim.Media xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda bildirilib.
“Aslan nəriltisi əməliyyatı çərçivəsində İsrail hərbçiləri İran Kəşfiyyat Nazirliyi-nin obyektlərinə zərbələr endiriblər. Nəticədə nazir müavini Seyid Yəhya Həmidi və casusluq idarəsinin rəhbəri Cəlal Pur Hüseyn də daxil olmaqla bir neçə yüksək vəzifəli əməkdaş öldürülüb”, - deyə məlumatda qeyd olunub.
Əməliyyatın məqsədi nazirliyin terror fəaliyyətlərini təşkil etmək və rejim əleyhdarlarını izləmək imkanlarını zəiflətmək olub. Həmçinin Tehranda yerləşən nazirliyin qərargahına aviazərbə endirildiyi qeyd edilir.
Qeyd edək ki, İran Kəşfiyyat Nazirliyi ölkənin əsas kəşfiyyat orqanı hesab olunur və terror fəaliyyəti, eləcə də beynəlxalq casusluq şəbəkəsi ilə əlaqəli fəaliyyətinə görə ABŞ sanksiyalarına məruz qalıb.

Bizim.Media
































































































