Amerikalı ulduz müğənni Katy Perry, yeni albomunun Yaponiyada tanıtımı üçün qatıldığı səhər proqramında boğulma təhlükəsi yaşayıb.
Belə ki, ötən gün Yaponiyada yayımlanan səhər proqramına qonaq olan Katy Perry, proqramın içində yer alan yemək yarışmasına qatılmaq istəyib.
Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, önünə qutular içində çoxlu sayda toyuq əti gələn 33 yaşlıxa0 müğənni, bunları surətli bir şəkildə yeməyə çalışıb.
Aparıcının yavaş-yavaş yeməsi ilə bağlı israrlarına baxmayaraqxa0 amerikalı ulduz,xa0 tələsik hərəkətlərlə toyuğun 7 parçasını ağzına doldurub, lakin yeyə bilməyib.
Müğənninin köməyinə aparıcı yetişib, ağzından demək olar ki, heç yeyilməmiş tikələri çıxarıb.


































































































