ABŞ-in mübarizə apardığı əsas terror təşkilatı olan İŞİD-ə qarşı vuruşan koalisiya və ABŞ əsgərlərini daşıyan helikopter İraqın qərbində qəzaya uğrayıb.
Moderator.az xəbər verir ki, bu barədə AA müxbirinə verilən açıqlamada bildirilir.
Hadisə ilə əlaqəli başqa detal verilməyən açıqlamada, araşdırmanın dərhal başladıldığı bildirilib.
Digər tərəfdən ABŞ-n Müdafiə Nazirliyindən olan (Pentaqon) bir səlahiyyətli isə AA müxbirinə verdiyi açıqlamada, İraqda qəzaya uğrayan helikopterdə 7 ABŞ əsgərinin olduğunu bildirib.
Helikopterin qəza səbəbi hələ dəqiq bilinmir.
































































































