Şotlandiyada elm adamları əhliləşdirdikləri bir qatil balinanın insanların istifadə etdiyi sözlərlə danışdığını açıqlayıb.
xa0
Moderator.az xəbər verir ki,xa0 “Vikie” adı verilən dişi balina "Salam" və "Gülə gülə" deyə bilir. Danışarkən nə qədər uğurlu bir performans nümayiş etdirdiyi isə xüsusi bir proqram ilə test edilir.
xa0
xa0Qeyd edək ki, daha əvvəl qatil balinaların delfinləri və dəniz heyvanlarını təqlid etdikləri aşkar edilmişdi. Ancaq Fransanın Antibes şəhərindəki bir dəniz parkında saxlanılan Vikienin insanları təqlid edə bilən ilk qatil balina olduğu güman edilir.
xa0
Kamran
































































































