Rusiyada çeçen dustaqlar aclığa başladı - Təhqirlər əleyhinə

Hazırda oxunan: Rusiyada çeçen dustaqlar aclığa başladı - Təhqirlər əleyhinə

194268
Onlar türmə rəhbərliyindən müsəlman məhbuslara qarşı təhqir və işgəncələrə son qoyulmasını tələb edirlər...

7 Çeçenistan sakini 4-cü gündür ki, Rusiyanın Voloqodsk vilayətindəki həbsxanalardan birində aclıq elan edib.xa0

Moderator.azxa0Rusiya mediasına istinadla xəbər verir ki, buna səbəb son dövrlərdə həmin dustaqxanada müsəlman məhbuslara qarşı təhqir və işgəncələrin baş alıb getməsidir. Çeçen dustaqlar həbsxana rəhbərliyindən buna son qoyulmasını tələb edirlər.xa0


Bu haqda jurnalistlərə Çeçenistan sakinlərindən biri -Adam Maqomerzayevin anasıxa0 məlumat verib. Qadının sözlərinə görə, bu yayın əvvəlindən başlayaraq sözügedənxa0 türmədəki müsəlmanxa0 dustaqlarxa0 mütəmadi olaraq döyülürlər. Dustaq anası deyir: “Məhbuslardan hansının müsəlman olduğunu aydınlaşdırırlar. Təbii ki, İslam dininə mənsub olan heç kəs bunu gizlətmir.xa0 Beləliklə, müsəlman olan insanlarıxa0 təcridxanalara salırlar. Orada isə heç oturmaq da mümkün deyil. Kəskin soyuq, divarları kif basıb...xa0 Çeçenlərə deyirlər ki, hanı sizin tərifli çeçen hökumətiniz...”x9d


Sentyabrın 25-də Adam Maqomerzayevxa0 qan qusmağa başladıqdan sonra türmə xəstəxanasına yerləşdirilib. Hərarəti 40 dərəcəyə yüksəlib. Onun səhhəti tam yaxşılaşmamışxa0 xəstəxanadan çıxarıblar. Bundan sonra Adam digər 6 çeçen məhbusla birgə aclığa başlayıb.


Çeçen ana islah müəssisələrində qanunlara nəzarət edən prokurorluq orqanına və digər instansiyalara müraciət edib. Lakin hələlik cavab yoxdur. Əlaqədar qurumlar jurnalistlərin də sorğularını cavablandırmayıb.xa0


Sultan Laçın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin