Xatırlayırsınızsa, iki həftə bundan əvvəl media və sosial şəbəkələrdə ABŞ-da yaşayan Azərbaycan əsilli nəhəng alim Lütfi Zadə haqqında dayanmadan yazılar yazılırdı. Hətta onun adını ilk dəfə eşidənlər də belə bu haqda nəsə yazmaqdan çəkinmirdilər. Alimin sağlığında vəsiyyətini açıqlaması və orada Azərbaycanda dəfn olunmaq istəyi cəmiyyətdə birmənalı qarşılanmamışdı.xa0
Zadə həddindən artıq böyük alimdir. Amma Azərbaycanı xarici xa0ölkələrdə təmsil edən başqa alimlərimiz də var. Doğrudur, onlar hələlik, Zadə miqyasında xa0olmasa da elmə qatqıları ilə seçiliblər. Bir çoxlarının artıq dünya çapında faydalı sayılacaq elmi xidmətləri var. Buna baxmayaraq, onlar ən şah əsərlərini hələ gələcəkdə yaradacaqlar.xa0
Moderator.az bu cür alimlərdən cəmi bir neçəsini təqdim edir:
Novruz Allahverdiyev- hazırda Türkiyənin ən çox tələbəsi olan (71000) Səlcuq Universitetində çalışır. Nəhəng Universitetin xa0“bilgisayar başqanı“ adlandırılan professor haqqında Kembric Universitetinin təsis etdiyi “Min böyük intellektual”x9d ensiklopediyasında böyük məqalə yazılıəb. Həmin ensiklopeduyaya xa0adı daxil edilən yeganə xa0alimimizdir. xa0
Elman Həsənoğlu -1971-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini “Lenin təqaüdü”x9d ilə bitirib. Ondan cəmi bir il sonra elmlər namizədi elmi dərəcəsini alıb. Sonradan Ukraynanın Xarkov Universitetində çalışan E.Həsənoğlu fizika”“riyaziyyat və radiofizika xa0üzrə sanbalı mütəxəssis kimi tanınır. 1991-ci ildə elə bu universitetdə doktorluq dərəcəsini qazanır. Hazırda qardaş ölkənin İşıq Universitetində fənn-ədəbiyyat fakültəsində matematik bölüm başqanı vəzifəsində çalışır.xa0
Vərqa Kələntərov- fizika-riyaziyyat elmləri doktoru, professordur. Yuxarıdakı xa0həmkarlarından həm də vətəndə çalışdığı üçün fərqlənir. Türkiyənin Koç Universitetində matematik uzmanı kimi tanınan Kələntərov vətəndə Elmlər Akademiyasının Mexanika-Riyaziyyat İnstitutunda da fəaliyyətinə xitam verməyib.xa0
Pərviz Əmiraslanov- texnika elmləri doktoru, xa0 Volkswagen Avtomobil şirkətinin “Elmi-Tədqiqat və Texniki İnkişaf”x9d idarəsində elmi şöbənin rəhbəri, xa0Almaniya Mühəndislər Birliyinin həqiqi üzvü, 80-ə yaxın elmi məqalənin, 5 patentin və 2 kitabın müəllifidir. xa0Tovuzun Sarıtala kəndində anadan olan alim xa0Braunşvayq Texniki Universitetində Honorar olaraq tələbə və aspirantlar üçün mühazirələr verən, elmi seminarlar və kolloqiumlar təşkil edir.
Kamran Mahmudov- Azərbaycanın ən gənc elmlər doktorlarından olan alim xa0hazırda elmi fəaliyyətini Portuqaliyada davam etdirir.xa0
Mahmudov Kamran Talıb oğlu 01.01.1980-ci ildə Tovuz rayonunun Nəmxoş kəndində ziyalı ailəsində anadan olub. xa0Bakı Dövlət Universitetinin Kimya fakültəsinin 2001-ci ildə bakalavr, 2003-cü ildə isə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. Ali məktəb tələbələri arasında keçirilən Respublika Olimpiadasında 1998-ci ildə 3-cü, 1999 və 2000-ci ildə 2-ci və 2001-ci ildə 1-ci yerin qalibi olub.
2003-cü ildə BDU-nun Analitik kimya ixtisası üzrə aspiranturasının əyani şöbəsinə qəbul olub. 2006-cı ildə «b-Diketonların aztörəmələrinin mis(II) ilə əmələ gətirdiyi komplekslərin tədqiqi və analitik tətbiqi» mövzusunda namizədlik dissertasiya işini müdafiə edərək xa0fəlsəfə doktoru alimlik dərəcəsi xa0alıb. xa032 yaşında xa0isə elmlər doktoru adına sahiblənib. xa0(ardı var)
Elmin Nuri





























































































