Şimali Koreya diktatorundan yeni qadağa- Turistlər ehtiyatlı olsun

Hazırda oxunan: Şimali Koreya diktatorundan yeni qadağa- Turistlər ehtiyatlı olsun

164373


Dünyanın ən qapalı ölkəsi olan Şimali Koreya diktatoru Kim Yunq Un daha bir qadağa ilə yadda qalıb.xa0

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, gənc diktator bu dəfə ölkəyə gələn azsaylı turistlərə foto çəkməyi qadağan edib. Qeyd edək ki, Şimali Koreya qapalı rejimlə idarə olduğundan ora turistlərin getməsi daha çətindir. Cəmi bir neçə ölkənin vətəndaşları Şimali Koreyada nisbətən azad gəzə bilər. Avropa və Amerika qitəsi, eləcə də, Afrika ölkələrindən gələn turistlər xüsusi icazə sənədi əldə etdikdən sonra xa0Şimali Koreyaya gələ bilərlər. Hətta bundan sonra da onları ölkənin xüsusi təhlükəsizlik xidməti əməkdaşları izləyir. Çəkdikləri fotoları yoxlayır, bir sözlə, addımbaaddım onunla olur.xa0

Lakin diktator Kim Yunq Un hətta nəzarətdən keçən fotolardan belə qorxuya düşüb. Bundan sonra Şimali Koreyada fotoaparatdan istifadə edən turisti ağır cəza gözləyir.

Elmin Nuri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin