“Dövlət atributlarının təhqir olunması...”x9d - Bəyanat

Hazırda oxunan: “Dövlət atributlarının təhqir olunması...”x9d - Bəyanat

85316
“Qəbələ”x9d futbol klubu UEFA Avropa Liqası I təsnifat mərhələsi cavab qarşılaşmasında oyun zamanı stadionda baş vermiş hadisələr haqqında bəyanat yayıb.xa0


Moderator.az-ın məlumatına görə, bəyanatda deyilir:

xa0“UEFA Avropa Liqası çərçivəsində 09.07.2015 tarixində keçirilən “Qəbələ”x9d ”“ “Dinamo”x9d (Tbilisi) matçında baş verən hadisələri çox təəssüf hissi ilə qarşıladıq. Matçdan öncə ən yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülsə də, Azərbaycan və Gürcüstanın dostluq münasibətlərinə xələl gətirmək istəyən qüvvələr,xa0

Tbilisidə olduğu kimi, Qəbələ şəhər stadionunda da öz işlərini gördülər. Bir qrup təxribatçı tərəfindən Gürcüstanın dövlət atributlarının təhqir olunması və siyasi şüarlar qaldırılması bu işin bir hissəsi kimi qəbul olunmalıdır. Əvvəllər də olduğu kimi, indi də bu cür hadisələr klublarımız, ölkələrimiz arasındakı sıx əməkdaşlığa, xalqlarımız arasındakı dostluğa təsir göstərməyəcək. Dünənki matçdan öncə və sonra hər iki klub nümayəndələri arasındakı xoş münasibət, rəqabətin nəticədən asılı olmayaraq, yalnız meydançada olduğunun sübutudur.

İnanırıq ki, bu cür hadisələrə yol verənlər hər iki ölkədə aşkar ediləcək və layiqli cəzalarını alacaqlar. Bir daha baş vermiş hadisədən təəssüfləndiyimizi bildiririk”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin