Kəbədə içməyib, Bakıda içmək olarsa -Kəbədə yeməyib, Bakda yetim haqqı yemək olar?

Hazırda oxunan: Kəbədə içməyib, Bakıda içmək olarsa -Kəbədə yeməyib, Bakda yetim haqqı yemək olar?

83098
Xəbər verdiyimiz kimi “Avesta”x9d şirkətlər qrupunun rəhbəri Hacı İbrahim Nehrəmli mətbuata açıqlama verərək hər səhər konyak içdiyini deyib. İbrahim Nehrəmli bildirib ki, o, Kəbə evində olanda xa0Allaha konyak içkisini tərgitməyəcəyini deyib və fikrini belə əsalandırıb ki, spirtli içkini müqəddəs torpaqlarda yox, ondan kənarda içəcək...xa0

İbrahim Nehrəmlinin bu açıqlamasından sonra 2 mənzili “Avesta”x9d rəhbəri tərəfindən mənimsənən qazaxlı iş adamı Elşad Məmmədov Hacı İbrahim Nehrəmlinin Hacı adına layiq olmadığını bildirib və onun adının QMİ-tərəfindən alınmasını istəyib. İbrahim Nehrəmli də öz növbəsində Hacı adını ona QMİ vermədiyini bildirərək Elşad Məmmədova xa0mesajını çatdırıb.xa0

Elşad Məmmədov Moderator.az-a açıqlamasında İbrahim Nehrəmlinin bu sözlərini də cavabsız buraxmayıb:

“İbrahim Nehrəmli onunla problemim olduğuna görə mənim belə bir çağırış etdiyimi deyib. Mən də deyirəm ki, mənim problemim var, bəs başqalarının? Allah şahiddir ki, hər kəs İbrahim Nehrəmlinin bu açıqlamasını qınaq obyektinə çevirdi. İbrahim Nehrəmli deyir ki, Kəbədə içmir, gəlib Bakıda içir. Onda belə çıxır ki, Kəbədə yetim haqqı yeməmək olar, amma Bakıda olar? Mən yetim oğlanam. Hacı Bakıda mənim haqqımı yedi, belə çıxır indi mən Kəbədə olsaydım haqqımı yeməyəcəkdi mənim?”x9d

Xəyal Əzizov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin