xa0Moderator.az-ın xa0verdiyi xəbərə görə, DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş idarəsi və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası birgə 10 â„–li Symqayıt Peşə Liseyində (Sumqayıt şəhəri, Koroğlu küçəsi) “İnsan alveri probleminə dair maarifləndirmə və bu növ halların müəyyən edilməsi üçün monitorinq işlərinin aparılması”x9d mözusunda tədbir keçirib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçirilən tədbirdə xa0Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, polis polkovnik- leytenanantı xa0Orxan Səfərov, Liseyin direktoru xa0Filman İsmayılov və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının sədri, “XXI Əsrin Qadınları”x9d İctimai Birliyinin sədri xa0Mahirə Əmirhüseynova tədbirdə iştirak edən liseyin müəlim və şagirdlərinə insan alverinə qarşı mübarizənin mahiyyəti və formaları, bu istiqamətdə həyata keçirilmiş təşkilati və əməliyyat-axtarış tədbirləri barədə, insan alverinin doğurduğu fəsadlar, eləcə də ölkəmizdə bu bəlaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Sonda insan alverinə həsr olunmuş film xa0 nümayiş olunub və iştirakçılara bukletlər paylanıb.xa0



































































































