“Trendyol”da Novruz endirimləri başlayır

Hazırda oxunan: “Trendyol”da Novruz endirimləri başlayır

599197

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri Trendyol Azərbaycandakı müştəriləri üçün Novruz kampaniyasına başlayır. 

4-9 mart tarixlərini əhatə edəcək kampaniya bütün məhsul kateqoriyalarına tətbiq ediləcək. Kampaniya müddətində geyim, kosmetika, elektronika, ev və mebel, supermarket məhsulları, aksessuar, kitab və dəftərxana ləvazimatları daxil olmaqla, minlərlə məhsul daha sərfəli qiymətlərlə təqdim olunacaq.

Trendyol müştəriləri “Novruz endirimləri” günlərində “NOVRUZ25” kodu ilə 15 manata qədər 25% endirim əldə edəcəklər. 

Qeyd edək ki, ‘”Trendyol”da ilk 3 sifariş, 30 AZN və üzəri alış-verişlərdə çatdırılma xidməti pulsuzdur.

Həmçinin alış-veriş həvəskarlarına kampaniya günlərində endirim kuponları və səbətə özəl endirimlər təqdim olunacaq. 
 

“Novruz endirimləri”nin fürsətləri bununla bitmir. “Novruz Çarxı”, “Paylaş-Qazan” və digər interaktiv aksiyalar da müştərilərə əlavə kuponlar, bonuslar qazandıracaq.


Trendyol platforması istifadəçilərə 7 milyondan çox məhsul təqdim edir və müxtəlif kateqoriyalar üzrə geniş seçim imkanları yaradır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin