Goranboyda 47 yaşlı kişiyə xəsarət yetirən qaynının qardaşı olub - TƏFƏRRÜAT

Hazırda oxunan: Goranboyda 47 yaşlı kişiyə xəsarət yetirən qaynının qardaşı olub - TƏFƏRRÜAT

599127

Goranboyda Tərtər sakinini bıçaqlayan şəxs tutulub. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib. 

Qeyd olunub ki, polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər rayon sakini, 1979-cu il təvəllüdlü C. Hüseynova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Naftalan şəhər sakini, 1993-cü il təvəllüdlü N. Əliyev saxlanılıb. 
 

Əldə etdiyimiz qeyri rəsmi xəbərə görə N. Əliyev C. Hüseynovun qaynının qardaşıdır. Mübahisə zəminində o, qardaşının ünvanına təhqiramiz sözlər işlətdiyi üçün Hüseynova xəsarət yetirdiyi bildirilir. 


Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin