Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu ərazisində “LADA” markalı minik avtomobilinin yol kənarındakı dəmir maneəyə çırpılması barədə məlumat daxil olub.
MÖVZU İLƏ BAĞLI:
FHN 4 nəfəri belə xilas etdi - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
FHN-dən Bizim.Media-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1952-ci il təvəllüdlü İmanov Xanoğlan Sadıqxan oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Bizim.Media