TƏCİLİ! “Sədərək”dəki yanğında 4 nəfər tüstüdən ZƏHƏRLƏNDİ - 2-sinin vəziyyəti orta ağırdır

Hazırda oxunan: TƏCİLİ! “Sədərək”dəki yanğında 4 nəfər tüstüdən ZƏHƏRLƏNDİ - 2-sinin vəziyyəti orta ağırdır

266801

24.08.2025-ci il tarixində saat 11:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakının Qaradağ rayonu, "Sədərək" ticarət mərkəzi ərazisində yanğın hadisəsinin baş verməsi ilə bağlı çağırış daxil olub.

Bu barədə Bizim.Media-ya TƏBİB-dən bildirilib.
 

MÖVZU İLƏ BAĞLI

“Sədərək”də yanğının söndürülməsinə 30 texnika, 140 şəxsi heyət cəlb olunub - VİDEO



Çağırış əsasında 3 təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Təcili tibbi yardım briqadasına ümumilikdə, 4 nəfərin (kişi cinsli) müraciəti qeydə alınıb.
 

Onlardan 2 nəfər ilkin tibbi yardımdan sonra Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Hər iki şəxsə tüstüdən zəhərlənmə diaqnozu təyin olunub və zəruri tibbi xidmət göstərilib.


Vəziyyətləri orta ağır qiymətləndirilir, müalicələri davam etdirilir. Digər 2 nəfərə (kişi cinsli) isə təcili tibbi yardım briqadası tərəfindən yerində tibbi yardım göstərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin