Son zamanlar doğuş zamanı anaların dünyasını dəyişməsi xəbərini tez-tez eşidirik. Xüsusən də bölgələrimizdə doğuşdan sonra dünyaya uşaq gətirən qadın müxtəlif səbəblərdən dünyasını dəyişir. Bəs buna səbəb nədir? Biz harda səhv edirik ki, sonda belə bir bədbəxt hadisə ilə rastlaşmış oluruq?

Professor Adil Qeybulla Moderator.az-a açıqlamasında bu kimi hadisələrin hər birinin ayrı-ayrılıqda araşdırılmalı olduğunun vacibliyi vurğuladı:
“Biz bu məsələlərə dəfələrlə toxunmuşuq. Hər bir situasiya ayrı-ayrılıqda araşdırılmalıdır. Bu həkim səhlənkarlığından, hamilə qadının baxımsızlığından, vaxtında həkimə müraciət etməməsindən və sair baş verə bilər. Böyrəyində ciddi problemi olan qadın hamilə qalır və hamiləliyin sonunda ciddi böyrək çatışmazlığı olur. Bu artıq ciddi problemdir. Belə qadınlar doğuşa böyük risklə gəlir və burda da hər hansısa bir ağırlaşma olduqda, təbabətin adına yazılır. Bizdə hamiləliyin sonuna yaxın deyirlər ki,xa0 yaxşı bir həkim tapaq doğuşu həyata keçirsin. Mən hesab edirəm ki, bütün bu situasiyaları araşdırlamalıyıq və ümumiləşdirməliyik ki, problem nədir. Niyə Almaniyada və başqa ölkələrdə bu kimi hadisələr baş vermir? Çünki orda hamilə qadınlar protokolla qeydiyata alınır, həkimlə razılaşdırılır müayinə olunur. Bizdə isə bu cür deyil. Bu məsələlərdə dünyanın getdiyi yolla getməliyik ki, sonda bu kimi hadisələr baş verməsin”.xa0
Vasif Əlihüseyn
































































































