Moderator.az xəbər verir ki, Mingəçevir şəhərində fəaliyyət göstərən "HİLAL" Tədris Mərkəzi Türkiyənin dövlət və özəl universitetlərinə bakalavr, magistratura və doktorantura pillələrində tələbə qəbulu həyata keçirir.xa0
Tədris Mərkəzi Türkiyə universitetləri ilə əməkdaşlıq edərək Azərbaycanın Qərb bölgəsində peşəkar xidmətlər təklif edir. Əməkdaşımız "HİLAL" Tədris Mərkəzinin rəhbəri Türkan Əkbərovadan xaricdə təhsil arzusunda olan gənclərimizi Türkiyədə təhsil almağın üstünlükləri barədə məlumatlandırmağı xahiş edib.xa0
- Zəhmət olmasa, "HİLAL" Tədris Mərkəzinin fəaliyyəti barədə məlumat verin.
- Biz "HİLAL" Tədris Mərkəzində abituriyent hazırlığı və xarici dillər üzrə hazırlıq xidmətləri ilə yanaşı, Azərbaycan vətəndaşlarının Türkiyənin dövlət və özəl universitetlərinə bakalavr pilləsində attestatla və ya TQDK balı ilə, magistratura və doktorantura pillələrində isə bakalavr diplomu ilə qəbul olmasına köməklik edirik. Biz Azərbaycanın qərb bölgəsində xaricdə təhsil üzrə ixtisaslaşmış tədris mərkəzi olmağı qarşımıza məqsəd qoymuşuq. Ölkə daxilində və xaricində uğurlu peşəkar fəaliyyətimizlə bu yolda inamla addımlayırıq.

Türkiyə universitetlərinə rəğbət ölkəmizdə olduqca yüksəkdir. Bunun nəticəsidir ki, Türkiyə universitetlərində təhsil alan xarici tələbələr arasında azərbaycanlılar ilk sıradadır. Qeyd edim ki, hər il tələbələrimizin Türkiyədən xoş soraqlarını alırıq. Qardaş ölkədə tələbələrimiz özlərini çox rahat və təhlükəsiz hesab edirlər. Türkiyədə təhsil alan tələbələrimiz təhsil aldıqları şəhərlərdə Azərbaycan diasporunun güclənməsinə öz töhfələrini verirlər. Təhsillərini başa vuran tələbələr arasında Türkiyədə karyera quran tələbələrimiz də az deyil.xa0
- Xaricdə təhsil xidməti göstərdiyini irəli sürən çoxlu işbazlar var. Siz işbazların xaricdə təhsil xidməti göstərən şirkətlər barədə yaratdığı mənfi düşüncələrlə necə mübarizə aparırsınız?
- Bu mövzunu gündəmə gətirdiyinizə görə sizə təşəkkürümü bildirirəm. Təəssuf ki, xaricdə təhsil xidməti adı ilə vətəndaşlarımıza qarşı dələduzluq edən işbazlar var. İşbazlar tələbələrə, valideynlərə yalan vədlər verib onların məlumatsızlığından sui-istifadə edir, külli miqdarda haqsız qazanc əldə edirlər. Biz bu cür hallardan məlumatlı olduğumuz üçün, xaricdə təhsil xidmətini tam şəffaf şəkildə görürük. Sosial media hesabımızdan (xa0 www.fb.com/hilaleduaz ) mütəmadi olaraq əməkdaşlıq etdiyimiz universitetlər və qəbul apardığımız ixtisaslarla bağlı ətraflı məlumatlar paylaşırıq. Ən əsası, qəbul prosesini tələbələrin iştirakı ilə aparırıq. Ona görə tələbələrin həyacanını biz də yaşayırıq. Xaricdə təhsil almasına köməklik etdiyimiz gənclər sabah ölkəmizin rifahına xidmət edəcək. Onlar fərqli mədəniyyətlərlə tanış olacaq, xarici dil biliklərini zənginləşdirmə fürsəti qazanacaqlar. Gələcəyimiz olan gənclərə xidmət etmək bizim üçün qürurverici amildir. Bu isə bizə bütün çətinliklərə baxmayaraq stimul verir.
- Türkiyədə təhsil almağın üstünlükləri nələrdir?
- Bizə görə, Türkiyədə təhsil almağın aşağıdakı üstünlükləri var:
- Təhsil haqqının aşağı olması - Türkiyənin dövlət universitetlərində illik 100 AZN-dən başlayan təhsil haqqı ilə keyfiyyətli təhsil imkanı yaradırıq.
- Diplomların tanınması - Türkiyə universitetlərinin diplomları Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınır.
- Yaşayış xərclərinin aşağı olması - Türkiyədə tələbələrin yaşayış xərcləri Avropa ölkələri ilə müqayisədə dəfələrlə aşağıdır. Tələbə yataqxanalarının bolluğu və kirayə ev qiymətlərinin münasib olması tələbələrə seçim imkanı yaradır.
- Azərbaycana yaxın məsafədə olması - Türkiyə şəhərlərindən Azərbaycana hər gün onlarla avtobus, təyyarə reysləri fəaliyyət göstərir. Məsafə yaxın olduğuna görə, tələbələr bayramları və semestr tətillərini ailələri ilə birlikdə keçirə bilər, valideynlər tez-tez övladlarına baş çəkə bilər.
- Dil barədə çətinliyin olmaması - Dil bənzərliyi Türkiyə universitetlərində oxuyan azərbaycanlı tələbələr üçün həm təhsildə, həm də günlük həyatda üstünlüklər yaradır.
- Bütün ixtisaslar üzrə təhsil almaq imkanı - Türkiyə universitetləri iqtisadiyyat, mühəndislik, tibb, xarici dillər və digər ixtisaslar üzrə dünya standartlarında təhsil proqramları təklif edir.
- Universitet şəhərciklərində təhsil almaq imkanı - Türkiyə universitetləri “kampüs” adlandırılan şəhərciklərdə yerləşir. Universitet şəhərciklərində kitabxanalar, tələbə yataqxanaları, iaşə obyektləri, idman mərkəzləri, bir sözlə tələbələrin rahatlığı üçün hər cür şərait mövcuddur. Dünya praktikasında universitet şəhərcikləri tələbələrin keyfiyyətli təhsil ala bilməsi üçün ideal məkanlar hesab edilir.
- Təhsil vizası almaq üçün çətinliyin olmaması - Türkiyə dövləti xarici tələbələrə sadələşdirilmiş formada təhsil vizası verir. Ayrıca, istənilən Azərbaycan vətəndaşı Türkiyəyə 30 günlük vizasız səyahət edə bilər.
- İstanbul, Ankara və Qarsda diplomatik nümayəndəliklərimizin mövcudluğu - Türkiyədə Təhsil Müşavirliyimizin əməkdaşları tələbələrimizlə sıx-sıx görüşərək problemlərini öyrənir, onlara diqqət və qayğı göstərir.
- Tibbi sığorta sisteminin mövcudluğu – Türkiyə dünyada keyfiyyətli tibbi xidmətləri ilə fərqlənən ölkələrdən biridir. Türkiyədə təhsil alan tələbələr icbari formada tibbi sığorta olunur. Sığorta şirkəti müayinə/diaqnoz xərclərinin əhəmiyyətli hissəsini qarşılayır.
- İş və praktika imkanları - Türkiyə universitetlərindən məzun olan tələbələr yüksək bilik və bacarıqları ilə Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkətlərdə asanlıqla iş tapa bilir. Eyni zamanda təhsildə fərqlənən tələbələr üçün Türkiyədə iş və praktika imkanları mövcuddur.

- Sizin xidmətlərinizdən necə yararlanmaq olar?
- "HİLAL" Tədris Mərkəzi "Mingəçevir şəhəri, Maqomayev küçəsi B12 ( köhnə 8 market ilə üzbəüz bina)" ünvanında yerləşir. Maraqlananlar, ofisimizə yaxınlaşıb xidmətlərimizlə tanış ola, suallarını yönləndirə bilərlər. Həmçinin, www.fb.com/hilaleduaz saytından qəbul apardığımız universitetlerin elanları ilə tanış ola və ordan suallarını ünvanlaya bilərlər. Aşağıdakı əlaqə telefonları ilə də Türkiyədə təhsil arzusunda olan gənclərimizin xidmətindəyik.xa0
Əlaqə telefonları:xa0
051 519 09 90
024 274 19 32
050 780 17 38 (whatsapp)



































































































