Mayın 14-ü gözlənildiyi kimi, ABŞ-ın səfirliyinin Qüdsə köçürülməsi qanlı toqquşmalarla müşahidə olundu. Qəzza bölgəsindən gələn ən son xəbərlərə görə, İsrail tərəfindənxa0fələstinlilərə qarşı təşkil edilmiş kütləvi qırğın səngimək bilmir.
Moderator.az Yaxın Şərqdə baş verən qanlı toqquşmalarla bağlıxa0Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümünün başqanı, ermənişünas alim, professor Qafar Çaxmaqlının fikirlərini öyrənib.
Professor bildirib ki,xa0Qüdsdə baş verənlərə, onun bu günlərə təsadüf etməsinə, Amerikanın bəyan etdiyi siyasətini yavaş - yavaş həyata keçirmə taktikası kimi baxılmalıdır:
Məncə, hələ bir çox ölkələrin safı müəyyən edilməyib. Məsələn, elə biri Türkiyə. Türkiyə NATO üzvüdür, həmdə NATO üzvü olmayan ölkələrlə əməkdaşlıq edir. Bu müharibə risklərini azaldan önəmli məsələdir əslində. İsrailə gəlincə.xa0 Əlbəttə, İsrailin törətdikləri insanlıq əleyhinə bir vəhşilikdir. Amma bu gözlənilən idi. Çünki Qərbi Qüdsdə səfirlik açmaq qərarı verilərkən dünya təpki göstərsə də bunun olacağını hər kəs bilirdi. İkinci tərəfdən Qərbi Qüds 1967-ci ildən İsrailə aiddir, onu yenidən Fələstin torpaqlarına qatmaq üçün Ərəb dünyası, müsəlman aləmi zərrə qədər də əməli fəaliyyət göstərməyib. Hal beləysə, burada İsrailin, ya da onun güclü havadarının nə edəcəyi də göz ardı edilməməli idi.xa0
Amerika qəsdən bu hadisəni edərək bəhs etdiyimiz siyasətini yürütməkdədir. Bu dünya müharibəsinə yol açacaqsa Amerika üçün daha yaxşı. Onun nə silah dərdi var, nə də buralarda ərazi itirmək təhlükəsi. Hər münaqişə Amerika kimi bir divə daha əlavə dividentlər qazandırır. Pərdəarxası heç nə yoxdur. Hər şey açıqdır. Amerika bu illər ərzində azacıq da olsa itirdiyi nüfuzunu bərpa etmək və "Böyük Ortadoğu" proyektini həyata keçirməyə bu üsullarla yaxınlaşır. Bu siyasətə etiraz edən qüvvələr ola bilər, amma onun qarşısını almaq gücündə olan ölkə məncə yoxdur."






























































































