İşğalçılar Şuşada müasir istirahət mərkəzi də tikməyi planlaşdırırlar...
Ermənilər Azərbaycanın 27-ci ildir işğal altında saxladıqları Xankəndi şəhərindən Şuşaya kanat yolu tikintisinin layihə işlərinə başlayıblar.xa0
Moderator.az “KarabakhTV”-yə istinadla xəbər verir ki, bu haqda qondarma separatçı qurumun “parlament”ində qurumun “büdcəsi”nin xərclənməsi ilə bağlı çıxışındaxa0 özünü “dövlət naziri” adlandıran Araik Arutyunyan məlumat verib. Onun sözlərinə görə, kanat yolunun tikinti işləri bu yaxınlarda xeyriyyəxa0 fondlarının köməyi ilə başlanacaq.xa0
Ermənilər kanat yolundan həm nəqliyyat vasitəsi, həm də xarici turistlərin əyləncə obyekti kimi yararlanmağı planlaşdırırlar. Separatçı məmur gələcəkdə Şuşada müasir istirahət mərkəzinin də tikintisinin nəzərdə tutulduğunu bildirib.
Sultan Laçın


































































































