““Fatehlərin divanı”na görə AzTV-də Həsən Həsənovdan xahiş etdim ki...”

Hazırda oxunan: ““Fatehlərin divanı”na görə AzTV-də Həsən Həsənovdan xahiş etdim ki...”

224898
“Mən deyərdim ki, Fuad Poladov orda şedevr yaradıb”

“Fuad Poladov kişilik rəmzi idi. Həyatda qorxmaz və əyilməz bir adam idi. O, şəxsiyyət idi, yaltaq deyildi. Allah onu rəhmət eləsin!”

Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov deyib. R.Mahmudov onunla şəxsi tanışlığı olmasa da, tamaşaçı kimi pərəstişkarı olduğunu bildirib:

“Mənim Fuad Poladovla şəxsi tanışlığım yox idi, amma onun pərəstişkarıydım. O, mənim üçün Azərbaycan xalqının ən qüvvətli aktyorlarından biri idi. Onun ən çox sevdiyim tamaşası “Atabəylər ailəsi” və dörd seriyadan ibarət olan “Fatehlərin divanı” adlı tarixi filmidir. Mən deyərdim ki, Fuad Poladov orda şedevr yaradıb. “Fatehlərin divanı”na görə AzTV-də Həsən Həsənovdan xahiş etdim ki, onun dörd seriyasını mənə diskdə versin. Sağ olsun o, da filmi diskdə verdi. Fuad Poladov kişilik rəmzi idi. Həyatda qorxmaz və əyilməz bir adam idi. O, şəxsiyyət idi, yaltaq deyildi. Allah onu rəhmət eləsin!”

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin