Azərbaycanlı gənc "9 May"ı niyə qeyd etmir?

Hazırda oxunan: Azərbaycanlı gənc "9 May"ı niyə qeyd etmir?

224589
"Hitler Almaniyası məğlub olduğu bu müharibədən nəticə çıxardıb regionun hegemon ölkəsinə çevrilərkən biz hələ də Rusiyanın tayqa meşələrindəki müharibə xatirələrimizi yada salır, hər il də mənasız yerə bu "sevinc"i qeyd edərək yaşlanırıq. Eyni zamanda, bu "qələbə sevinci" ilə yanaşı bir də Almaniya sevgisi, Almaniyada yaşamaq arzusu yaşadırıq qəlbimizdə".

Moderator.az xəbər verir ki, bu sözləri gənc tədqiqatçı Anar Abtalıbov Feysbukda yazıb.

O bildirib: "Mən çoxlarının "bəh-bəh"lə qeyd etdiyi bu qələbəni qeyd etmir, əksinə, böyük təəssüf hissi keçirirəm. Bəli, məhz o ağır günlərdə elini-obasını, ailəsini, sevdiklərini, "Ana Vətən" deyib Vətənini tərk edib səngərlərə çıxanlar guya "Vətən naminə" deyib özlərini sipər etdilər boş və mənasız yerə. Bu, 70 illik əsarəti ilə hələ yaddaşlarımızdan silinməyən Vəhşi Rusiya mənafelərinə qulluq etməkdən başqa bir şey deyildi. Öz müstəqillik düşüncəsini unudub ən böyük düşməninin sərhədlərini qorumaq üçün Azərbaycanda 700 min vətəndaş bu müharibədə iştirak etmişdir. Bu azmış kimi üzərindən illər keçməsinə baxmayaraq "Böyük Vətən müharibəsi" deyib hələ də ağız dolusu danışırlar. Sonu nə oldu? Böyük bir HEÇ!"
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin