“Bakı Mühəndislik Universitetində keçirilən "Mənim Universitetim" adlı tədbirdə Abşeron rayonu Saray qəsəbə 3 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Vüsal Bayramov özünün mühəndislik və ixtiraçılıq qabiliyyəti ilə diqqətimi çəkdi”.
Bunu Moderator.az -a açıqlamasında Bakı Mühəndislik Universitetinin prorektoru Yavər Məmmədov deyib. Y.Məmmədov bildirib ki, bu cür bacarıqlar inkişaf etdirilməlidir:
“Onun hazırladığı tozsoran, paltaryuyan maşın kodlu kilidi olan sandıqça idi. Bu, uşağın nə qədər zəkalı olmasından xəbər verir. Bütün bunlar hamısı kartondan hazırlansa da mühərrik, maşın mexanizmlər tam işlək vəziyyətdə idi və cərayan verildikdə tam funksional çalışırdı. Hətta Vüsal bunu həvəslə bizə nümayiş də elədi. Zamanında mən də bu cür işlərlə məşğul olmuşam deyə(avia modelləşdirmə, külək generatoru, motorlu qayıq və s.) və bu həvəsin nə demək olduğunu bilirəm. Bu cür bacarıqlar yalnız inkişaf etdirilməlidir. Hesab edirəm ki, belə istedadlı balaları üzə çıxarıb onları Universitetlərdə olan Texnoparklara cəlb etməliyik”.
Vasif Əlihüseyn

































































































