“Bu problem aradan qaldırmaq üçün özəl liseylərin təcrübəsindən yararlanmaq olar”

Hazırda oxunan: “Bu problem aradan qaldırmaq üçün özəl liseylərin təcrübəsindən yararlanmaq olar”

221503
“Cəmiyyətin orta məktəblərə öləziyən inamlarını özüna qaytarmaq üçün ciddi maarifləndirmə və əməli işlər görülməlidir...”

Bu gün təhsilimizdəki problemlərdən biri də məktəblərdə dərslərin zəif tədris olunmasıdır. Yəni məktəbdə oxuyan şagirdin sabah ali məktəbə qəbul olunacağına heç bir qarantiya verilmir. Ona görə də valideynlər uşaqlarını ya pullu liseylərə, ya da məşğələlərə yollayırlar ki, onlar nəsə öyərənə bilsinlər. Bu isə maddi imkanı olmayan valideynləri narazı salır. Dəfələrlə şikayətlərində bildirirlər ki, məktəblərdə dərslər keçirilmir. Bəs vəziyyətdən çıxış yolu nədir? Mövzuyla bağlı ekspertlərin rəyini öyrənməyə çalışdıq.xa0

Təhsil eksperti Kamran Əsədov Moderator.az -a açıqlamasında suallarımızı cavalandırıb. K.Əsədov bildirib ki, repititorluğun inkişaf etməsində obyektiv və subyektiv səbəblər var:

İlk növbədə qeyd edim ki, Azərbaycanda orta məktəb şagirdlərinin elmi dünya görüşlərinin formalaşmasında repititorların xüsusi yeri var. Ali məktəblərə qəbul olunan şagirdlərin böyük əksəriyyəti elmi bilikləri məhz əlavə müəllim yanına getməklə əldə edirlər. Bunun nəticəsidir ki, son illər məktəbdən kənarda tədris alan uşaqların sayı artmaqdadır. Artıq ictimai şüurda "müəllim yanına getməyən şagird ali məktəbə qəbul oluna bilməz" fikri formalaşıb. Amma etiraf edək ki, repititorluğun inkişaf etməsində obyektiv və subyektiv səbəblər var. Gərək bunu yaradan səbəblər aradan qaldırılsın ki, şagirdlər orta məktəbdə dərs öyrənməyə meyl etsinlər. Repititorların şagirdlərin elmi biliklərinin artmasında mənfi və müsbət təsirləri var”.xa0

K.Əsədov bildirib ki, buna şagirdlərin dərsə davamiyyəti də buna mənfi təsir göstərir:

Yuxarı sinif şagirdlərinin dərsə davamiyyəti aşağı olur. Elə məktəblər var ki, oradakı 11-ci siniflər dərsə çox az gəlirlər. Repititorluq müəllimlərin dərsə marağını azaldır, dövlətin təhsil sistemini darmadağın edir, inamı azaldır və s. Əgər əvvəllər yalnız 10-11-ci sinif şagirdləri əlavə müəllim yanına hazırlığa gedirdilərsə, indi aşağı sinif şagirdləri üçün də müəllimlər tutulur. Repititorluq müəllimlərin sosial durumunun yaxşılaşmasına səbəb olur. Bu halda dövlətin üzərinə düşən əsas məsələ orta məktəblərdə dərsin keyfiyyətini yüksəltməkdir. Cəmiyyətin orta məktəblərə öləziyən inamlarını özüna qaytarmaq üçün ciddi maarifləndirmə və əməli işlər görülməlidir. Bu gün Azərbaycanda orta məktəblərinin binaları yenidən tikilir, ya da təmir olunur”.xa0

K.Əsədov burda məktəb direktorlarının da günahı olduğunu bildirib:

Ucqar kənd məktəblərində belə yüksək şəraitli orta məktəblər mövcuddur. Müasir məktəb binaları istiliklə, maddi-texniki baza ilə hər cür şəraitlə təmin olunub. Bəzi məktəblərdə çatışmayan yeganə məsələ təhsilin keyfiyyətinin yüksək olmamasıdır. Bunu bərpa etmək lazımdır. Bu problem aradan qaldırmaq üçün özəl liseylərin təcrübəsindən yararlanmaq olar. Həmin liseylərdə ictimai şuralar var.

Dərsə davamiyyəti pozan uşaqlar barəsində sərt addımlar görülür. Təəsüf ki, bu kimi problemlərin ortaya çıxmasında məktəb direktorlarının da böyük günahı var. Onlar şagirdlərdən müəyyən məbləğdə vəsait alaraq onların dərsdən yayınmasına göz yumurlar”.

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin