“Seymur Əliyevin dost təşəbbüsü olmasaydı, həbs olunacaqdım”x9d

Hazırda oxunan: “Seymur Əliyevin dost təşəbbüsü olmasaydı, həbs olunacaqdım”x9d

115338
Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyevin daxili işlər naziri Ramil Usubovla məhkəmə çəkişməsi nəticəsində cərimələnməsindən sonra jurnalist Seymur Əliyev və ssenarist Laçın Məmişov tərəfindən E.Quliyevə dəstək kampaniyası keçirildi.xa0

Kampaniya gedişində təxminən 500 manata qədər vəsait yığıldı ki, bu vəsait E.Quliyevlə kəsilən cərimənin ödənilməsində müəyyən rol oynadı. Bu günlərdə isə E.Quliyevə dəstək məqsədi ilə kimlərinsə guya 30 min avro məbləğində pul yolladığı, lakin bu pulların naməlum şəraitdə “yoxa çıxdığı”x9d ilə bağlı fikirlər ortaya atılmaqdadır.xa0

Seymur Əliyevin Moderator.az saytında çalışmasından xa0istifadə edən bəzi üzdəniraqlar məsələdə Moderator.az saytının adını hallandırmaq niyyətinə düşüblər.
xa0
xa0Moderator.az - a açıqlamasında E.Quliyev bu iddialara münasiət bildirib:

“Əvvəla, onu deyim ki, mən bu məsələyə bir o qədər də ciddi baxmıram. Olaya gəlincə, qısa olaraq bunu bildirməliyəm ki, bu kampaniyaya Moderator.az saytının heç bir aidiyyatı yoxdur və olmayıb da. Dostum, xətirini kiçik qardaşım qədər istədiyim Seymur Əliyev mənim ən pis vaxtımda, yəni məhkəmə çəkişmələri bir tərəfdən, polis təqibləri digər tərəfdən olan bir məqamda öz köməkliyini təklif etdi. Azacıq əvvələ qaçıb qeyd edim ki, Seymurun bu təklifi və dost təşəbbüsü olmasaydı, mən həbs olunacaqdım. Məhkəmə hökmünün bir hissəsi pul cəriməsi idi ki, vaxtında ödəməsəydik məhkəmə icraçıları vəsatət qaldırıb həbsimi tələb edəcəkdilər. Bu çox real bir təhlükə idi. Əlqərəz, Seymur bəy və o zaman Tiflisdə yaşayan dostum Laçın Məmişov bu cərimələri ödəmək məqsədi ilə kampaniya keçirdilər. Mən bu kampaniyanın, yəni mənə yardım etmək istəyən insanların, cüzi də olsa, pul köməkliklərini istəmirdim, düşünürdüm ki, bu mənə yaraşmaz və s. Ancaq həm Seymur, nəm də Laçın mənim istəyimə baxmadan mobil bir kampaniya keçirdilər. Az müddət ərzində ödəcəyim cərimənin tən yarısı- 500 manata qədər pul yığıldı. Bu pulun üstünü düzəldib cəriməni ödədik. Mən o vaxt da, indi də Laçın bəyə, Seymur bəyə bu yardıma görə minnətdarlığımı bildirirəm. Çox sağolsunlar!
İndi kimsə və ya kimlərsə dostlarımın bu xeyirxahlığına bədgümanlıq qatıb Seymur bəyin əməkdaşlıq etdiyi Moderator.az saytını nədəsə suçlayırsa çox böyük səhv edirlər. Ayıb olsun onlara”x9d.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin