“İcra hakimiyyətləri, bələdiyyələr yolun ətrafını satıblar”x9d

Hazırda oxunan: “İcra hakimiyyətləri, bələdiyyələr yolun ətrafını satıblar”x9d

111879
“Dəmir yollarının uzunmüddətli kredit reytinqinin aşağı salınması, əlbəttə, neqativ haldır”x9d.

xa0Moderator.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları”x9d Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri, deputat xa0Cavid Qurbanov jurnalistlərə açıqlamasında "Standard & Poor`s" (S&P) beynəlxalq agentliyinin səhmdar cəmiyyətin uzunmüddətli kredit reytinqini “BB+”x9d səviyyəsindən “BB-“ səviyyəsinədək endirməsinə münasibət bildirərkən deyib. O, reytinqi düzəltməyə çalışacaqlarını qeyd edib: “Reytinqin birdən-birə aşağı salınmasını başa düşmürəm. Reytinq agentlikləri bir dəstə yığılıblar. Özləri üçün belə yazırlar. Nə oldu, reytinq 6 ay öncə yüksək idi, indi aşağıdır? Bilmək olarmı, nə dəyişib ki, bunlar reytinqi aşağı salıb? Əlbəttə, bu, neqativdir. Amma nə edək? Çalışacağıq ki, düzəldək. Kim bizimlə əməkdaşlıq etmək istəyirsə, buna hazırıq. Bilmirəm ki, niyə onlar elə yazıb. Bizə müraciət etsinlər. Reytinq agentliyi necə bilər ki, idarəetmədə qüsur var? Mən öz işimlə məşğulam. Bu mənə o vaxt lazım olar ki, mən bond, vəsait alım. Mən yükdaşıma ilə məşğulam. Biz inkişaf etməyə çalışırıq. Gələcəkdə reytinq öz-özünə düzələcək”x9d.

Cavid Qurbanov onu da bildirib ki, Asiya İnkişaf xa0Bankının Bakı-Sumqayıt dairəsinin yenidən qurulması üçün verdiyi layihəni yerinə yetirmək hələlik çətindir: “Bakı-Sumqayıt dairəvi qatar xətti düz deyil. Təsəvvür edin, Bakıdan çıxan qatar Zabrata, Pirşağıya, Novxanıya, Corata və oradan Sumqayıt stansiyasına keçir. Sumqayıtdan da fırlanıb, Xırdalandan, Biləcəridən Bakıya keçir. Bu böyük dairədir. Bu dairənin bir xətli uzunluğu 91, ikixətli uzunluğu 180 kilometrdir. Böyük yoldur. İcra hakimiyyətləri, bələdiyyələr həmin yolun ətrafını satıblar, yol qıraqlarında qanunsuz tikililər var. Yollardan kanalizasiyalar, qanunsuz rabitə xətləri çəkilib. Bunlar hamısı yeniləşdirmək üçün xətti ayırmaq, mühafizə strukturunu qurmaq lazımdır ki, ora insanlar, heyvanlar çıxmasın, keçidlər olsun. Böyük layihədir. Bu layihəni Asiya İnkişaf Bankı 500-550 milyon dollar qiymətləndirir. Bu gün o qədər imkanımız yoxdur. Bakıdan Sumqayıta qədər Stadler vaqonlarını gətirdik. 40 dəqiqəyə gedib-gəlir. Gündə 3000-ə yaxın insan istifadə edir. Əgər bu dairə reallaşsa, buradan 20-40 min insan istifadə edəcək. Hələlik Biləcəri, Xırdalan stansiyalarını istifadəyə verə bilməmişik. İqtisadi gücümüz çatmır. Amma gələcəyə planlaşdırılır”x9d.

O, Bakı-Sumqayıt qatarlarında tariflərdə dəyişikliyin olmayacağını qeyd edib: “Tariflərlə bağlı dəyişiklik gözlənmir. Bizdə tariflər aşağıdır. Rusiyada həmin məsafə 6 dollar, Fransada 20 dollara yaxındır. Sosial məsələ olduğu üçün bunun qiymətini artırmırıq”x9d.

Cavid Qurbanov deyib ki, tezliklə dəmir yollarında biletlərin satışı kartlar və online şəklində olacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin