“Bir il bundan əvvəl Azərbaycan Dövlət Pedoqji Universitetinə qəbul olan tələbələrdən cəmi 19 nəfəri 500-dən artıq bal topladığı halda, bu il onların sayı 10 dəfə(188 nəfər) artıb”x9d.
Moderator.az xəbər verir ki, bu barədə Təhsil nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib.
O qeyd edib ki, bu müəllimlik ixtisasına artan marağın göstəricisidir.
“Ali məktəblərə qəbul zamanı birinci yerdə məhz müəllimlik ixtisasını yazan, qəbul imtahanlarında 500-dən artıq bal toplayan 300 tələbəyə Təhsil Nazirliyi tərəfindən 100 manat həcmində “Gələcəyin müəllimi”x9d təqaüdünün verilməsi gələcək müəllimlərə əlavə stimul verib. Artıq 600 tələbə bu təqaüdə layiq görülüb”x9d.


































































































