Üçrəngli bayrağımızın mənası və yaranma tarixi- Nəsiman Yaqublunun araşdırması

Hazırda oxunan: Üçrəngli bayrağımızın mənası və yaranma tarixi- Nəsiman Yaqublunun araşdırması

198370
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0xa0


Moderator.az 9 noyabr Bayraq Günü münasibətilə tarix elmləri doktoru Nəsiman Yaqublunun araşdırmasını təqdim edir:


ÜÇRƏNGLİxa0 BAYRAÄžIMIZINxa0xa0
MƏNASI

Yüz ilə yaxın bir müddətdir ki, Üçrəngli dövlət bayrağımız insan¬la¬rı¬mız üçün müqəddəs ideal rəmzinə çevrilib. Mövcudluğunun 18 ayı dövründə (1918-ci ilin 9 noyabrı) ən istəkli bir varlıq kimi sevilib, əzizlənib, adına və hüsnünə şeirlər yazılıb, mahnılar bəstələnib. Sovetlər Bir¬li¬yin¬dəki mövcud rejim üçrəngli bayrağımızın başımız üzərindən asıl¬ma¬sını və hətta təsvirini belə qadağan etsə də, onu ürəklərində yaşadan in¬sanlar istiqlal şairimiz Əhməd Cavadın bu sözlərini təkrarlayırdı:

Çoxdandır ayrıxa0 düşdüm
Üç boyalı bayraqdan.
A dostlar, mən yoruldum,
Bu gizli ağlamaqdan.

Bəs xalqımızın başı üzərində yüz il əvvəl dalğalanmış və bu gün də möv-cud olanxa0 bayrağımızın yaranma tarixindən, onun mənasından, ağ ayparanın və səkkiz guşənin nə olduğundan, hansı ideyalardan qaynaqlandığından yetərincə məlumatlıyıqmı?xa0

1918-ci ilin 28 Mayında tarixdə sayca 114-cü türk dövləti olan Azər-baycan Xalq Cümhuriyyəti quruldu. Bu Cümhuriyyət özündən əvvəlki 113 dövlətdən ideoloji əsaslarına görə tam fərqlənirdi. Belə ki, ilk dəfə idi ki, bütün müsəlman və türk dünyasında milli kültür ənənələrinə, demokratik prinsiplərə söykənən Avropa sistemində bir dövlət qurulurdu. Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M.Ə.Rəsulzadə “Milli Azərbaycan Hərəkatının xarakteri”x9d adlı məqaləsində yazırdı: “Milli ideoloji mənşəyi etibarı ilə Azərbaycan hərəkatı Şərqdəki milli qurtuluş ideyaları ilə, Qərbdə demokratiya cərəyanlarını özündə birləşdi-rən bir hərəkatdır”x9d.

M.Ə.Rəsulzadə belə bir hərəkatdan yaranan dövlətin isə məhz “Cüm-huriyyət”x9d olacağını hələ 1917-ci ildə “Açıq söz”x9d qəzetində (1917-ci il, N 426, 17-30 mart) eyni adlı məqalədə “Cümhuriyyətdən-Cümhuriyyətə fərq var”x9d deyərək yazırdı: “Məhkum sinif və millət gözü ilə baxıldıqda işıqlı (kübar) istibdad-qarasından, məşrutiyyət-işıqlı istibdaddan, cüm-huriyyət-məşrutiyyətdən, cümhuriyyəti-ənam da (Xalq Cümhuriyyəti də) cümhuriyyəti-xasdan (imtiyazlı Cümhuriyyətdən) daha faydalı və daha müvafiq məqamdır... Var olsun Cümhuriyyəti-ənam! (yəni Xalq Cüm-huriyyəti )”x9d.

M.Ə.Rəsulzadənin əsaslandırdığı Xalq Cümhuriyyəti 1918-ci ildə mayın 28-də yarandıqdan sonra onun əsas rəmzi olan bayraq haqqındaxa0 həmin ilin iyun ayının 21-də hökumətin qərarı verildi. Həmin qərardan: “Üstündə qırmızı fonda ağ səkkizguşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdiq edilsin”x9d.

Həmin dövrdə bayrağımız Osmanlı Türkiyəsininxa0 bayrağı ilə eynilik təşkil edirdi. Fərq yalnız onda idi ki, Osmanlı Türkiyəsinin bayrağın¬dakı hilal ayın qarşısındakı ulduz beş guşədən, Azərbaycan Cümhuriyyətinin bayrağında isə səkkiz guşədən ibarət idi.

İlk bayrağımız haqqında verilən qərar da (yəni eynən Osmanlı Türkiyəsində olduğu kimi) bir çox səbəblərlə izah edilir. Bizxa0 bununla türk xalqı olaraq böyük bir mədəniyyət sisteminə əsaslandığımızı sübut edirdik. Azərbaycanın xilasını da qardaş Türkiyənin köməyində görürdük. Təsa-düfi deyildi ki, 1918-ci ilin iyunun 4-də ilk siyasi, diplomatik və hərbi müqaviləni dəxa0 məhz Osmanlı Türkiyəsi ilə bağlamışdıq. Bundan əvvəl mövcud olan Zaqafqaziya Seymindəxa0 fəaliyyət göstərənxa0 Azərbaycan nümayəndələri də (onların sayı 40-dan çox idi) siyasi istiqamətinxa0 Türkiyə olacağını müəyyənləşdirmişdilər.

Eyni zamanda, Gəncəyə gəlmiş Qafqaz İslam Ordusunun komandiri Nuru Paşanın ətrafındakı “ilhaqçı”x9dlar qrupu da “biz müstəqil dövlət yox, məhz Türkiyəyə birləşmək istəyirik”x9d ”“ deyərək, ciddi təbliğat aparırdı. Hətta o zaman Nuru Paşanın təkidi ilə Milli Şura fəaliyyətini dayandırmış, Tiflisdə yaradılan 1-ci Hökumət Kabinəsi buraxılmış, Gəncədə Nuru Paşanın istəyincə 2-ci hökumət kabinəsi formalaşmışdı. Qırmızı rəngli bayrağımız haqqında olan qərar da məhz həmin gərgin məqamlardaxa0 ikinci hökumət kabinəsi formalaşandanxa0 dörd gün sonra verilmişdi.

1918-ci ilin noyabrın 9-da isə üçrəngli dövlət bayrağımız haq¬qında qərar qəbul edildi: “Milli bayraq haqqında Azərbaycan hökuməti qərarları dəftərindən 9 noyabr 1918-ci il tarixli çıxarış:xa0
Eşidildi: Nazirlər Şurası Sədrinin Milli bayraq haqqında məruzəsi. Qərara alındı: Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Milli bayraq hesab edilsin”x9d.
Milli bayrağımızdakı göy rəng - türkçülüyü, qırmızı rəng”“ müasirliyi, yaşılxa0 rəng”“ islam ideologiyasını ifadə edir.

Bəs bu dəyərləri özündə birləşdirən “türkləşmək, islamlaşmaq, avro-palaşmaq (firəngləşmək)”x9d üçlük düsturunu böyük bir şüara çevirən ilk dəfə kim olub?xa0

Qeyd edək ki, bütün türk milləti üçün böyük bir ideala və məqsədə çev-rilən bu üçlük şüarının banisi türk dünyasının böyük mütəfəkkiri,xa0 Rusiya və Türkiyə universitetlərində təhsil almışxa0 əslən Azərbaycandan olan Əli bəy Hüseynzadədir.xa0 1907-ci ilin iyul ayının 10-da Bakıda özünün nəşr etdiyi “Füyuzat”x9d (xeyir,fayda mənasındadır) jurnalındakı bir məqaləsində “Türk hissiyyatlı, islam etiqadlı, firəng qafalı”x9d kimi ilk dəfə təqdim etdiyi bu fikri sonradan böyük mütəfəkkir Ziya Göyalp belə ifadə etmişdi: “Türk qanlı, islam imanlı, Avropa mədəniyyətli”x9d.

Bəs Ə. Hüseynzadə tərəfindən əsası qoyulan, Z. Göyalp tərəfindən in-kişaf etdirilən “türkləşmək, islamlaşmaq, avropalaşmaq”x9d şüarı Azər-baycanın dövlət bayrağında niyə bir qədər fərqli olaraq öz əksini tapıb? Yəni dövlət bayrağımızda rənglər bu ardıcıllıqla verilib: göy, qırmızı, yaşıl. Göründüyü kimi, klassik şüardan fərqli olaraq, islamçılıq ikinci yerdən üçüncü yerə, müasirlik isə üçüncü yerdən ikinci yerə keçirilib. Bəs belə dəyişikliyin səbəbi nədir və kim bunu hansı məqsədlə edib?
1915-ci ilin oktyabrın 2-də Bakıda nəşrə başlayan “Açıq söz”x9d qəzetinin ilk sayında baş redaktor M.Ə.Rəsulzadənin “Tutacağımız yol”x9d adlı baş məqaləsi çap edilmişdi. Həmin məqalədə M. Ə. Rəsulzadə vaxtilə Ə. Hüseynzadənin əsasını qoyduğu məşhur üçlük düsturunu belə təqdim edirdi: “Hər bir millət azadə yaşayıb da tərəqqi edə bilmək üçün 3 əsasa istinad etmək məcburiyyətindədir: Dil, Din və Zaman... Dilcə - biz türküz, türklük milliyyətimizdir... Dincə - müsəlmanız. Hər bir din inananları arasında məxsusi bir mədəniyyət vücuda gətirmişdir ki, bu mədəniyyət də bir beynəlmiləliyyət səbəbi təşkil edir... Zamanca da ”“ biz texnikanın, elm və fənnin möcüzələr yaradan bir dövründəyiz... Demək ki, sağlam, mətin və oyanıq məfkurəli bir milliyyət vücuduna çalışmaq istərsək ki, zaman bunu tələb ediyor ”“ mütləqa 3 əsasa sarılmalıyız: Türkləşmək, müasirləşmək və islamlaşmaq”x9d (“Açıq söz”x9d, N 1, 2 oktyabr 1915-ci il).

Qeyd edildiyi kimi, M. Ə. Rəsulzadəxa0 1915-ci ildə sonradan dövlət bayrağımızda öz əksini tapacaq fikirləri sıralamış və hələ o zaman Ə. Hüseynzadənin üçlük düsturunda dəyişiklik edərək, ciddi əsaslandıraraqxa0 müasirliyixa0 önəxa0 çəkmişdi.

xa0M.Ə.Rəsulzadə 1916-cı ilin oktyabr ayındaxa0 yenə “Açıq söz”x9d qəzetində çap edilən “Getdiyimiz yol”x9d adlı baş məqalədə müasirləşməyə üstünlük verərək yazırdı: “Müasirləşmək ”“ budur bütün millətləri sülh və nicat yoluna çıxaran böyük vasitə! Müasirləşməyən, yəni zaman və əsrindəki maddi və mənəvi vasiteyi-mədəniyyə ilə silahlanmayan bir toplum gərək qan və dilcə birləşmiş milliyyət və ya din, ruh və vicdanca tanışmış beynəlmiləliyyət olsun ”“ mümkün deyil...”x9d

M.Ə.Rəsulzadənin müasirləşməyə verdiyi bu önəm sonradan müasir tipli bir Azərbaycan cəmiyyətinin qurulmasına daxa0 təsirini göstərdi. 1918-ci ilin noyabrında Mudros müqaviləsi şərtlərinə uyğun olaraq, Osmanlı Türkiyəsi öz qoşunlarını Azərbaycandan çəkmək məcburiyyətində qaldı. İngilislərin ümumi nəzarətinə verilmiş Bakıya gələn general Tomson hələ Ənzəlidə olarkən “Mən Türkiyə intriqası ilə yaradılan bir dövlət tanımıram”x9d deyərək, Azərbaycan istiqlalını şübhə altına almışdı. Belə bir vəziyyətdə ingilisləri və general Tomsonu Türkiyənin bayrağının oxşarı olan bir bayraqla qarşılamağaxa0 artıq səbəb qalmamışdı. Odur ki, 1918-ci ilin noyabrın 9-da qırmızı rəngli bayrağın yerinə üçrəngli bayrağın yaradılması haqqında M. Ə. Rəsulzadənin və onun başçılıq etdiyi Azərbaycan Milli Şurasının təklifi ilə qərar qəbul edildi. Bayraqdakı rənglərin təsviri və düzülüşü isə M. Ə. Rəsulzadənin “Açıq söz”x9d qəzetindəki məqaləsindən götürüldü.xa0 xa0

Həmin üçrəngli dövlət bayrağımız ilk dəfə olaraq 1918-ci ilin noyabrın 17-də Bakıda Dəniz Vağzalında ingilis generalı Tomsonun qarşılanma mərasimində göyə qaldırıldı. O zaman dövlət himnimiz olmadığından böyük bəstəkar Ü.Hacıbəylinin təklifi ilə onun “Leyli və Məcnun”x9d əsərində Nofəlin səhnəyə gəlişində səsləndirilən coşdurucu musiqinin (“Heyratı”x9d üstündə) çalınması qəbul edilir ( Ü.Hacıbəyli indi səsləndirilən dövlət himnimizi sonradan bəstələyib). Qeyd edim ki, türklər 1453-cü ildə Konstantinopolu (İstanbulu) fəth edərkənxa0 bu mu-siqiyə oxşarxa0 xa0bir marşla düşmən üzərinəxa0 hücum etmişdilər.

xa01918-ci ildə Bakıya gələn ingilislər üçrəngli bayrağımızın rəsmi olaraq dalğalandırılmasına o qədər razılıq vermirdilər. Onlara təsir edən, bu fikri dərinləşdirən isə Bakıda yaşayan ermənilər və ruslar idi. “Müsavat”x9d Partiyasının qurucularından olan M.Ə.Rəsuloğlu öz xatirələrində yazırdı ki, ingilislər yalnız həftənin 1-ci və 4-cü günləri ,yəni iclas keçiriləndə icazə verirdilər ki, Parlament binası üzərində milli bayrağımız dalğalansın, iclasxa0 bitənxa0 kimixa0 bayrağımızınxa0 endirilməsinixa0 tələb edir¬dilər.
1918-ci ilin 7 dekabrında Parlamentin açılış mərasimində M.Ə.Rə-sulzadə bu sözləri söylədi: “Səadət və hürriyyət istiqlaldır. İştə bunun üçün, əfəndilər, müstəqil Azərbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti və müasir Av-ropa iqtidarı - əhraranəsini (azad adamlar iqtidarını) təmsil edən bu üç boyalı bayraq daima başlarımızın üstündə ehtizaz edəcəkdir (dalğalanacaqdır). Bir daha qaldırılmış bayraqxa0 bir daha enməyəcəkdir!”x9d

Böyük mütəfəkkir Ü.Hacıbəyli “Azərbaycan”x9d qəzetində (1918-ci il, 9 dekabr) M.Ə.Rəsulzadənin bu çıxışını belə təsvir edirdi: “Məhəmməd Əmin milli ittitahəsində bu üç rəngin: türkləşmək, islamlaşmaq və müasirləşmək amalı əlamətindən ibarət olduğuna işarə ilə - bu bay-raq endirilməz! ”“ dedikdə bütün məclis ayağa qalxıb əl çala-çala bayraqları salamlarkən, təəssüratı-fövqəladəmdən başımın tükləri biz-biz durdu”x9d.

Qeyd edim ki, dövlət bayrağımızdakıxa0 səkkiz guşə ilə bağlı da müxtəlif izahlar vardır. Bir izahdaxa0 bildirilir: Ay (qəməri) təqvimi islam ölkələrində geniş istifadə olunurdu. Ay təqvimində tarixdə “Türk dövrü”x9d kimi qalmış bir təqvim yaradılmışdır. Ay fazalarının təkrarlanması müddətinə uyğunluq üçün təqvimdə hər səkkiz ildə üç dəfə (2, 5 və 7-ci illərdə) ilin axırıncı ayı olan Zilhəccəsinə 30-cu gün əlavə edilirdi.

Beləliklə, “Türk dövrü kimi tanınan bu təqvim dəqiqliyinə görə fərqlənirdi. Sonralar “Türk dövrü təqvimini yenidən təkmilləşdirərək hər 126 ildən bir səkkizlik dövrün axırıncı dövründəki 7-ci il zamanı Zilhiccəni 29 sutka saxlamaqla dəqiqliyi 1290-cı ildə bir sutkaya qaldır-mış və təqvimdən XVI əsrdən Türkiyədə istifadə etmişlər.

Çox güman ki, əsası Osman Qazi tərəfindən qoyulmuş Türk İmperatorluğunun bayrağındakı ay hilalı yanındakı səkkizbucaqlı dövlətin vaxt ölçüsü cədvəlinə rəmzi işarədir (Bax: Ə. Ətayi. “Təqvimlər keçmişdə və bu gün”x9d. “Elm”x9d, 1998, N 1).

Bəzi izahlarda isə səkkiz guşəli ulduz “Od Yurdu”x9dnun səkkiz hərflə yazılışına işarədir. Böyük yazıçı C.Cabbarlı yazırdı: “Səkkiz künclü şuxa0 ulduzxa0 səkkiz hərflixa0 Odxa0 yurdu”x9d.

Bayrağımızdakı göy rəng türkləşmək ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə islam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələrxa0 tikilmişdi. Bu abidələrin əksəriyyəti göy rəngdə olmuşdu. Bu baxımdan göy rəng həm də simvolik məna daşımışdır. Göy rəng həm də XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onlarınxa0 zəfərxa0 yürüşlərinixa0 əksxa0 etdirir.

Bayrağımızdakı yaşıl rəng islam dininə mənsubluğumuzu ifadə edir. Böyük mütəfəkkir Əli bəy Hüseynzadə “Qırmızı qaranlıqlar içində yaşıl işıqlar”x9d əsərində yaşıl rəngin geniş izahını vermişdir.
Milli bayrağımızdakı qırmızı rəng müasirləşməni, inkişafı əsas götürür. Məlum olduğu kimi, XVIII əsrin sonlarında Fransa Burjua inqilabından sonra kapitalizmin inkişafı ilə bağlı Avropa ölkələrində böyük irəliləyişlər baş vermişdi. Həmin dövrdə proletariatın kapitalizm quruluşuna qarşı mübarizəsi olmuşdu. Bu illərdə qırmızı rəng Avropanın simvoluna çevrilirdi. Ə.Hüseynzadə yazırdı: “Avropalaşalım, firəngləşə-lim deyirsiniz. Lakin ey qare (ey oxucu), müraciətdən müraciətə fərq vardır. Biz avropalıların ədəbiyyatına, sənayelərinə, ümum və maarifinə, kəşfiyyat və ixtiralarına müraciət etmək istəyiriz, özlərinə degil! Biz istəriz ki, islam ölkəsinə onların beyinləri, dimaqları girsin!”x9d

Milli bayrağımızdaxa0 qırmızı rəngin üzərində ortada aypara və sək-kizguşəli ulduzun təsviri verilib. Aypara bir vaxtlar Bizans im-periyasının paytaxtı Konstontinopolun gerbi olmuşdu. Türklər 1453-cü il¬də Konstantinopolu aldıqdan sonra həmin gerb Osmanlı imperiyası tərəfindən islam dininin bir rəmzi kimi qəbul edilmiş və həmin dində olan başÂ¬qa xalqlara keçmişdir (Bax: M. Əliyev. “Qobustan”x9djurnalı, 1989, N 3).

Müxtəlif guşəli ulduzların təsvirlərinin izləri dünya sivilizasi¬yasının ən qədim məskəni hesab olunan Mesopotomiya ilə əlaqədardır. Ulduz təsvirlərinin yaranması astronomiya elmi ilə bağlıdır.
Böyük yazıçı C.Cabbarlı şeirlərinin birində yazırdı:
Bu ay, ulduz boyaların qurultayı nə demək,
Bizcə belə söyləmək.
Bu göy boya - göy Moğoldan qalmış bir türk nişanı,
xa0 xa0 xa0 xa0 xa0Bir türk oğlu olmalı.
Yaşıl boya- islamlığın sarsılmayanxa0 imanı,
Ürəklərə dolmalı.
Bu al boya- azadlığın, təcəddüdünxa0 fərmanı,
Mədəniyyət bulmalı.

Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M.Ə.Rəsulzadə 1918-ci ildə Azərbaycan Parlamentinin yığıncağında demişdi: “Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mə¬dəniy-yə¬ti¬nin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsas¬la-rının simvoludur”x9d.
Azərbaycan 1920-ci ildə işğal edildikdən sonra başda M. Ə. Rəsul¬za¬də olmaqla dəyərli insanlarımız bu bayrağı Türkiyə və Avropa ölkə¬lərində mühacirətdə qorudular, yaşatdılar.xa0
Qeyd edim ki, Sovetlər Birliyi dövründə üçrəngli dövlət bayrağımız 1957-ci ildə XX qurultayda “şəxsiyyətə pərəstiş”x9d məsələsi qoyulduqdan sonraxa0 üç azərbaycanlı vətəndaşımız (adları Cahid, Çingiz, digəri isə Nazim olub) tərəfindən bir saatdan çox “Qız Qalası”x9d üzərində dalğalandırıldı. Həmin şəxsləri isə (onların sayı ümumilikdə 15-ə qədər olub) sonradanxa0 12-13 ilə qədər həbsə məhkum etdilər.

1988-ci ildən başlanan Azərbaycan Xalq Hərəkatı dövründə yenidən üçrəngli bayrağımız meydanlarda dalğalandı.xa0




DÖVLƏT RƏMZLƏRİNİN BƏRPASI

“Bir kərə yüksələn bayraqxa0 bir daha enməz!”x9d
M.Ə.Rəsulzadə.

1.Bayraq. 1988-ci ildəxa0 Azadlıq hərəkatı başladıqda Üçrəngli bayraq yenidən xalqımızın başı üzərində dalğalandı. 1990-cı ilin noyabrın 29-da “Azərbaycan SSR-in adının və dövlət bayrağının dəyişdirilməsi haqqında”x9d fərman verildi və 1991-ci ilin fevralın 5-də qanunvericilik orqanı tərəfindən təsdiqləndi. Azərbaycan Res-publikasının Dövlət bayrağı haqqında Əsasnamə hazırlandı. Dövlət bayrağı haqqında məsələ Azərbaycan Respublikası Konstitusiyasında təsdiq edildi. Konstitusiyanın 23-cü maddəsinin 2-ci bəndində göstərilir: “Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir”x9d.

2.Gerb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə hazırlanmış gerb layihəsi rəssam R.Məmmədov tərəfindən təkmilləşdirilmişdir. 1993-cü ilin 19 yanvar tarixli Konstitusiya qanunu ilə Dövlət gerbimizin rəngli və ağ-qara təsviri, fevralın 23-də isə Əsasnaməsi təsdiq edildi.

3.Himn. Müəllifləri Ü.Hacıbəyli və Əhməd Cavad olan Dövlət Him-nimiz Azərbaycan Milli Məclisinin 1992-ci il 27 may tarixli qərarı ilə qəbul edilib. 1993-cü ilin mayın 2-də Dövlət Himni haqqında Əsasnamə təsdiq olunub. Himnimiz bəstəkar A.Əzimov tərəfindən böyük xor və orkestr üçün oranjeman edilmişdir.







”ƒ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin