"Lake Hotel"dəki faciədə ölənlərin ADLARI açıqlandı - Cinayət işi açıldı
Baş Prokurorluq Bakıda 4 nəfərin cərəyan vurması nəticəsində ölməsi barədə məlumat yayıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, hadisə noyabrın 21-də paytaxtın Binəqədi rayonu, Xırdalan-Binəqədi şosesinin 4-cü kilometrliyində yerləşən "Lake Hotel"in qarşısında baş verib.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: Bakıda restoranın yaxınlığında faciə - 4 ofisiant dünyasını dəyişdi
"Lake Hotel"in işçiləri 1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev və 2007-ci il təvəllüdlü Əkbər Zeynalovun qeyd olunan hotelin qarsısında iş görən zaman elektrik cərəyanı vurması...