DYP-dən sürücülərə ÇAĞIRIŞ
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bayram günlərində yollarda təhlükəsiz hərəkətlə bağlı çağırış edib.
İdarədən Bizim.Media-ya verilən məlumata görə, müraciətdə bayram günlərində ölkə ərazisində hərəkət intensivliyinin artacağı nəzərə alınaraq, bütün hərəkət iştirakçıları daha diqqətli və məsuliyyətli olmağa çağırılır:
"Nəzərə alınmalıdır ki, yol hərəkəti zamanı verilən hər bir qərar insanların həyat və sağlamlığına birbaşa təsir göstərir, ən kiçik diqqətsizlik isə ağır nəticələrə səbəb ola bilər. Bu baxımdan, səfərə çıxarkən yol və hava şəraiti düzgün qiymətləndirilməli, nəqliyyat vasitələrinin texniki sazlığı əvvəlcədən yoxlanılmalı, hərəkət zamanı müəyyən ol...