İranda güclü zəlzələ oldu
İranın cənubundakı Buşehr vilayətində 5,2 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, Tehran Universitetinin Seysmoloji Mərkəzi zəlzələnin episentrinin Assaluye bölgəsində olduğunu bildirib.
Yeraltı təkanlar yerli vaxtla saat 08:41-də qeydə alınıb. Zəlzələnin ocağı 18 kilometr dərinlikdə yerləşib.
Hələlik tələfat və dağıntılar barədə məlumat verilmir.
Bizim.Media...