Böyük ZƏFƏRİN qazanılmasında TARİXİ ADDIM – Aprel döyüşlərinin siyasi və hərbi-strateji ƏHƏMİYYƏTİ
2016-cı ilin aprel ayının 2-dən 5-dək davam edən Aprel döyüşlərinin başlamasından 10 il ötür. Azərbaycan Silahlı Qüvvələri və Ermənistan ordusu arasında davam edən 3 günlük döyüşlər hərbi, siyasi və psixoloji baxımdan mühüm əhəmiyyət kəsb edir.
Aprel döyüşləri hərbi baxımdan 44 günlük müharibənin baş məşqi, siyasi baxımdan Ermənistan və onun havadarlarının uzunmüddətli dirənişinin sınma anı, sosioloji baxımdansa erməni millətçilərinin ümidlərinin qırılma nöqtəsi idi.
Aprel döyüşləri necə başladı?
Məlumdur ki, Ermənistan və onun xarici havadarları Azərbaycan torpqlarının işğal altında qaldığı dövrdə bir qayda olaraq ölkəmizin siyasi və diplomatik həmlələrini müxtəlif yollarla əngəllə...