Bu gün magistraturaya qəbul imtahanıdır - 22 min 780 bakalavr...
Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 15-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (I cəhd) keçirir.
Bizim.Media xəbər verir ki, imtahan vermək üçün 22 min 780 bakalavr ərizə təqdim edib.
Onlardan 20 min 790 nəfəri Azərbaycan bölməsi, 1990 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 15 min 391-i cari ilin, 7 min 389-u isə əvvəlki illərin məzunlarıdır, 47 nəfər xarici ölkə vətəndaşıdır.
Qəbul imtahanı Bakıda 64, Sumqayıtda 6, Abşeronda 4, Gəncədə 6, Naxçıvanda 2, Mingəçevirdə 4, Lənkəranda 2 binada təşkil olunacaq. Bakıda 16 min 499, Naxçıvanda 542, Gəncədə 1533, Sumqayıtda 1712, Abşeronda 1235, Mingəçevirdə 828, Lənkəranda 431 bakalavrın imtahan ver...