Nyu-Yorkun məşhur parkında Azərbaycanın Dövlət Bayrağı ucaldıldı - FOTO
ABŞ-nin Nyu-York şəhərində 8 Noyabr – Zəfər Günü, Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Qələbənin 5-ci ildönümü və 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə ölkəmizin Dövlət Bayrağı qaldırılıb.
Bizim.Media xəbər verir ki, üçrəngli bayrağımız Nyu-Yorkun simvolu və maliyyə mərkəzi sayılan, turistlərin ən çox ziyarət etdiyi küçələrdən olan "Wall Street"dəki "Bowling Green" parkında ucaldılıb.
Bu məkan Nyu-York şəhərinin ilk rəsmi parkı və nəhəng bayraq meydanı kimi tanınır.
Azərbaycan Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə baş tutan mərasimdə çıxışlarda 8 Noyabr – Zəfər Gününün tarixi və mənəvi əhəmiyyətindən bəhs olunub, Azərbaycan xa...