Hava kəskin dəyişir: Sel, daşqınla bağlı XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi (FHN)gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Bu barədə Bizim.Media-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.
“Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gündən başlayaraq yaxın günlər ərzində ölkə ərazisində havanın yağıntılı keçəcəyi, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, bəzi dağ çaylarında qısamüddətli sel və daşqın hadisələrinin baş verəcəyi, intensiv və arabir güclənən yağışların Bakıətrafı subasmaya meyilli ərazilərə təsir göstərəcəyi, şimşək çaxacağı və arabir güclənən külək əsəcəyi proqnozlaşdırılır”, - məlumatda qeyd edilib.
Bildirilib ki, qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi...