Bəzi uşaq qidalarında bakteriyalar aşkarlandı: Valideynlər təşviş içində
Uşaq qidalarının keyfiyyəti ilə bağlı narahatlıqlar uzun illərdir gündəmdədir. Son günlər "Nestlé" şirkətinin körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş bəzi məhsulları ehtiyat tədbiri olaraq geri çağırması bu mövzunu yenidən aktuallaşdırıb.
Belə ki, Avstriya, Danimarka, Finlandiya, Almaniya, İrlandiya, İtaliya, İsveçrə və Birləşmiş Krallıqda "SMA", "BEBA", "ALFAMINO", "Pre NAN" və digər ticarət nişanları altında istehsal olunan məhsulların müəyyən partiyaları dövriyyədən çıxarılıb.
Geri çağırmaya səbəb istehsal prosesi zamanı məhsulların "Bacillus cereus" bakteriyasının ifraz etdiyi "cereulide" toksini ilə ç...