Qərbi Azərbaycan İcmasından ABŞ-ın vitse-prezidentinə MÜRACİƏT
Qərbi Azərbaycan İcması ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana gözlənilən səfəri ilə əlaqədar ona bəyanat ünvanlayıb.
İcmadan Bizim.Media-ya daxil olmuş bəyanatda ABŞ-ın vitse-prezidentinə müraciətlə deyilir:
“Hörmətli cənab Vens,
Mətbuatdan sizin Azərbaycana səfər edəcəyiniz barədə eşitdik.
“Odlar Yurdu”na xoş gəlirsiniz. Azərbaycan sülhpərvər məmləkətdir. Ölkəmizdə tarixən müsəlmanlar, xristianlar, yəhudilər sülh və əmin-amanlıq şəraitində yaşamışlar. Azərbaycan ailə dəyərlərinə, mənəvi-ənənəvi dəyərlərə böyük önəm verən bir ölkədir.
Azərbaycanın xristian dünyası ilə, Müqəddəs Taxt-Tacla münasibətləri uğurla inkişaf edir. Son vaxtlar ölkəmiz...