İki təyyarə Bakı aeroportuna məcburi ENİŞ ETDİ - FOTO
"Finnair" aviaşirkətinə məxsus, Helsinki – Puket marşrutu üzrə uçuş həyata keçirən hava gəmisinin kapitanı, göyərtədə olan sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi səbəbilə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib.
Bizim.Media xəbər verir ki, Airbus A350 tipli hava gəmisi Bakı aeroportuna yerli vaxtla saat 00:54-də uğurla eniş edib. Dərhal sonra sərnişinə operativ şəkildə ilkin tibbi yardım göstərilib və o, şəhər klinikalarından birinə yerləşdirilib.
Hava gəmisi saat 02:59-da uçuşunu təyinat məntəqəsinə davam etdirib.
Bununla yanaşı, "Cargolux Airlines" aviaşirkətinə məxsus, Çjençjou – Aşqabad marşrutu üzrə hərəkə...