Ov mövsümü açıq elan edilir – BU TARİXDƏN
Ekologiya və Təbii Sərvətlər Nazirliyində "Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclası keçirilib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, iclasda aparılan ekoloji monitorinqlərin nəticələri və mövcud elmi göstəricilər əsasında 20 dekabr 2025-ci il tarixindən 1 fevral 2026-cı il tarixinədək ov mövsümünün açıq elan edilməsi barədə qərar qəbul olunub.
Xidmətin rəsmisi Arzu Babayeva bildirib ki, su-bataqlıq ərazilərində müşahidə olunan ekosistem dəyişiklikləri, eləcə də fauna üzrə aparılan ilkin monitorinqlərin nəticələri nəzərə alınaraq ov mövsümünün fəaliyyəti əvvəlcədən planlaşdırılmış müddətdən daha erkən dayandırılmışdı...