Ceyhun Bayramov Hakan Fidanla GÖRÜŞDÜ – Yaxın Şərqdəki gərginlik GÜNDƏMDƏ
Martın 18-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfəri çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
Azərbaycan XİN-dən Bizim.Media-ya bildirilib ki, görüş zamanı tərəflər regionda mövcud təhlükəsizlik vəziyyəti və son inkişaflar ətrafında fikir mübadiləsi aparıblar.
Nazirlər regional sabitliyin qorunmasının, gərginliyin artmasının qarşısının alınmasının və beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmətin vacibliyini vurğulayıblar.
Tərəflər Azərbaycan-Türkiyə müttəfiqliyinin regionda sülh və təhlükəsizliyin təmin olunmasında mühüm r...