DYP-dən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Dağlıq ərazilərdə mövcud hava şəraiti ilə bağlı Baş DYP İdarəsi sürücülərə müraciət edib.
Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:
“Hazırda ölkənin bəzi dağlıq və dağətəyi ərazilərində hava şəraitinin dəyişkənliyi, qar yağması, duman, eləcə də yolların buz bağlaması müşahidə olunur. Mövcud hava və yol şəraiti həmin istiqamətlərdə yol hərəkətinin təhlükəsizliyi baxımından əlavə diqqət və məsuliyyət tələb edir.
Baş Dövlət Yol Polisi İdarəsi həmin ərazilərdə gücləndirilmiş rejimdə xidmət aparır və yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəzarət tədbirləri intensivləşdirilib.
Aparılan müşahidələr göstərir ki, qarlı və buzlu yol şəraitində dağlıq ərazil...