Polis reyd KEÇİRDİ: Sakinləri narahat edən pozuntular aradan qaldırıldı - VİDEO
Bakının Nəsimi rayonunda gecə saatlarında vətəndaşların rahatlığını pozan və yol hərəkəti qaydalarına əməl etməyən nəqliyyat vasitələri ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər görülür.
DİN-in Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən “Əcəmi dairəsi” və digər ərazilərdə keçirilən tədbirlərlə avtoxuliqanlıq, həmçinin konstruksiya dəyişikliyinə yol verən, eləcə də sərxoş halda avtomobil idarə edən 9 sürücü müəyyən olunub.
Avtomobilləri duracağa yerləşdirilən sürücülər barəsində qanunvericiliyin tələbinə uyğun məsuliyyət tədbirləri görülüb.
Bununla yanaşı tütün məmulatlarının istifadəsi qaydalarına...