Mənzil bazarında bahalaşma - VİDEO
Hər il payız-qış mövsümündə mənzil bazarında durğunluq yaşanırdı. Bu da nisbətən də olsa qiymətlərin enməsi ilə müşahidə olunurdu. Amma bu il əksinə olub. Mənzil bazarında canlanma olduğundan qiymətlər də artıb.
Bizim.Media xəbər verir ki, mövzuya əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev münasibət bildirib.
Onun sözlərinə görə, canlanma həm yeni tikililərdə, həm də köhnə mənzillərin satışında müşahidə edilir.
Bəs qiymətlər nə qədər artıb?
Ekspert bildirib ki, təkrar mənzil bazarındakı qiymət artımı ən çox çıxarışlı mənzillərdə müşahidə edilir. Buna səbəb də həmin daşınmaz əmlakların ipotekaya yararlı olmasıdır.
Nofəl Quliyev hesab edir ki, canlanmanın əsas səbəblə...