Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirildi - FOTO
Bakıda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirə gecəsi keçirilib.
Bizim.Media xəbər verir ki, tədbir çərçivəsində Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş "Liderin qəlbi" sənədli filmi nümayiş etdirilib. Filmin müəllifi Mixail Qusmandır.
Filmi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva izləyib.
Tədbir Ümummilli Liderin xatirəsinə bir dəqiqəlik sükutla başlayıb.
İzləyicilər qarşısında çıxış edən Mixail Qusman filmin üzərində iş prosesindən danışıb və bu cür dahi şəxsiyyət haqqında bir saatlıq lent yaratmağın asan olmadığını vurğulayıb. O qeyd edib ki, materiallar Heydər Əliyevin yolunu ...