Sumqayıtdan Bakıya gələnlərin NƏZƏRİNƏ – FOTO
							Sumqayıt şəhəri və Saray qəsəbəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 503 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir.
Bu barədə Bizim.Media-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Sərnişin axını nəzərə alınaraq noyabrın 1-dən 503 nömrəli marşrut avtobusları Sumqayıt şəhərini "20 Yanvar" metrostansiyası ilə əlaqələndirəcək.
 
Başlanğıcını Sumqayıt şəhərinin Zülfü Hacıyev küçəsindən götürən marşrutun son dayanacaq məntəqəsi paytaxtın Seyid Cəfər Pişəvari küçəsidir.
Marşrut üzrə müasir və ekoloji təmiz avtobusların sayı sərnişin təlabatına uyğun olaraq ...